Mojo.az Banner
12:46 Generalın oğlu vəzifəsindən azad edildi  |     12:41 Lənkəranda narkotik bitkilər yetişdirən 3 nəfər həbs edildi  |     12:40 Generalın oğlu vəzifəsindən azad edildi  |     12:22 Benzinlə bağlı mühüm açıqlama: Qiymətlər…  |     12:10 Ekspertdən reaksiya: "Quzu ətini zərərli adlandırmaq gülünc yanaşmadır"  |     11:49 Hər gün taksiyə pul xərcləmək, yoxsa avtomobil almaq? – Açıqlama  |     11:40 Yevlaxda xilas olmaq istəyən balıqçı özünü suya atdı, boğulub öldü  |     11:31 Piyadalar üçün də nəqliyyat qaydaları sərtləşdirilir, cərimələr artırıla bilər - Açıqlama  |     11:21 Hərbi hissəni özbaşına tərk edən şəxs Rusiyadan Azərbaycana gətiriləcək  |     11:16 Bakıda üç nəfər kirayədə yaşadıqları evdə bıçaqlanıb  |     23:01 Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov  |     22:54 Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?  |     22:49 Dumanlı havada obyektlər daha uzaqdakı kimi görünür - Ekspert  |     22:41 Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - Video  |     22:36 Bu ölkədə vətəndaş müharibəsi yenidən başlaya bilər - BMT-dən təcili çağırış  |     22:29 Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi  |     22:27 Bu 4 BÜRCÜ böyük dəyişiklik gözləyir  |     22:17 Sumqayıtda FACİƏ: gənc qız binadan düşüb ÖLDÜ  |     22:09 Güzdəkdə daş karxanasında FACİƏ: fəhlə öldü  |     22:04 Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi  |    
Left Banner
Right Banner

Hər gün taksiyə pul xərcləmək, yoxsa avtomobil almaq? – Açıqlama

18.08.2026 11:49 168
Hər gün taksiyə pul xərcləmək, yoxsa avtomobil almaq? – Açıqlama
Bakıda nəqliyyat sıxlığının artması və avtomobil qiymətlərinin yüksəlməsi fonunda taksidən gündəlik istifadə edənlərin xərcləri də diqqət çəkən həddə çatır. İşə gedib-gəlmək üçün hər gün təxminən 15-20 manat taksiyə ödəyən şəxsin aylıq nəqliyyat xərci 330-440 manat təşkil edir. Həftəsonları da taksidən istifadə edildikdə bu məbləğ ay ərzində təxminən 450-600 manata yüksələ bilər. Beləliklə, il ərzində taksiyə 5 400-7 200 manat vəsait xərcləmək mümkündür. Uzun müddət taksidən istifadə etmək daha sərfəlidir, yoxsa eyni vəsait avtomobil almağa və onun saxlanılmasına yönəldilməlidir?

Məsələ ilə bağlı iqtisadçı İlqar Hüseynli Median.Az-a açıqlamasında deyib ki, bu məsələyə bir qədər fərqli yanaşmaq lazımdır:
“Vətəndaş şəxsi nəqliyyat vasitəsi alarkən yalnız taksidən istifadə ilə avtomobil sahibi olmağın yanacaq baxımından müqayisəsini aparmamalıdır. Maddi baxımdan yanaşdıqda burada yalnız yanacaq sərfiyyatını nəzərə almaq düzgün deyil. Avtomobilin təmir xərcləri, amortizasiya xərcləri, sığorta və texniki baxış ödənişləri, şinlərin yenilənməsi, yağ və digər texniki qulluq xərcləri də ümumi hesablamaya daxil edilməlidir. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, Bakıda əhalinin bütün təbəqəsi hər gün gediş-gəliş üçün 15-20 manat taksiyə xərcləmir. Aztəminatlı ailələr, tələbələr və digər kateqoriyalara aid insanlar əsasən ictimai nəqliyyatdan istifadə edirlər. Yəni onlar metro və avtobuslardan istifadə etdikləri üçün aylıq nəqliyyat xərcləri 330-400 və ya 440 manata qədər yüksəlmir. Taksi ilə hərəkət edən insanlar üçün isə iki fərqli yanaşma mövcuddur. Birincisi, insanlar şəxsi avtomobildən yalnız işə gedib-gəlmək üçün deyil, digər ehtiyaclarını qarşılamaq məqsədilə də istifadə edirlər. Məsələn, ailə ilə şəhər kənarına, dəniz kənarına və ya başqa rayona səfər zamanı şəxsi avtomobil daha əlverişli ola bilər. Tutaq ki, dörd nəfərlik ailə Bakıdan Qubaya gedir. Belə vəziyyətdə taksidən istifadə etməkdənsə, şəxsi avtomobildən istifadə, xüsusilə ailənin üç-dörd gün orada qalacağı və istədiyi vaxt geri dönə biləcəyi halda, daha sərfəli və rahatdır”.

O bildirib ki, ona görə də şəxsi nəqliyyat vasitəsinə yalnız gündəlik gediş-gəliş vasitəsi kimi deyil, həm də istehlak ehtiyaclarını qarşılayan vasitə kimi yanaşmaq lazımdır:

“İnsan avtomobillə işə gedir, ailəsi ilə səfərə çıxır, mağazaya və bazara gedir və digər gündəlik ehtiyaclarını qarşılayır. Bu baxımdan məsələni yalnız taksi xərcləri üzərindən qiymətləndirmək doğru olmaz. Əgər illik taksi xərcləri 4 500, 5 400 və ya 7 200 manat kimi hesablanırsa, bu, avtomobil sahibinin illik bütün xərclərinin eyni məbləğdə olduğu anlamına gəlmir. Qəza və gözlənilməz böyük təmir xərclərini nəzərə almasaq, şəxsi avtomobilə hər il mütləq şəkildə bu qədər vəsait xərclənmir. Digər tərəfdən, avtomobilin xərcləri onun mühərrikinin həcmi və istifadə etdiyi yanacaq növündən də ciddi şəkildə asılıdır. Azərbaycanda hibrid və plug-in hibrid avtomobillərin sayı artır. Dizel, benzin və elektriklə çalışan avtomobillərin istismar xərcləri bir-birindən fərqlənir. Buna görə də hansı avtomobilin alınmasından və hansı yanacaq növündən istifadə edilməsindən asılı olaraq ümumi xərc də dəyişir. Məsələn, 5,7 litrlik mühərrikə malik Lexus şəhər daxilində 100 kilometrə 17-18, bəzi hallarda isə 20 litr benzin sərf edə bilər. Əgər bunun əvəzinə Çinin “Changan” markalı elektromobili alınarsa, yanacaqla bağlı xərc əhəmiyyətli dərəcədə azalır. Yəni 5,7 litrlik mühərrikə malik benzinli avtomobillə müqayisədə elektrikli avtomobilin enerji xərci bir neçə dəfə aşağı ola bilər”.

O sonda qeyd edib ki, burada insanın avtomobildən istifadə intensivliyi, ailə vəziyyəti, gündəlik marşrutları, avtomobilin mühərrik həcmi və yanacaq növü əsas rol oynayır:
“Bütün hallarda şəxsi nəqliyyat vasitəsinin olması bir çox insan üçün vacibdir. Əgər məqsəd taksi xərclərini minimuma endirməkdirsə, hibrid, plug-in hibrid və mühərrik həcmi nisbətən kiçik olan, yanacaq sərfiyyatı aşağı avtomobillərə üstünlük vermək daha sərfəli seçim ola bilər”.

Aysel Elnur
скачать dle 11.3
Mojo.az Banner