Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Taksi istifadəçilərini yeni qaydalar gözləyir – Qiymətlər bahalaşacaq

13.08.2026 15:19 486
Taksi istifadəçilərini yeni qaydalar gözləyir – Qiymətlər bahalaşacaq
Azərbaycanda taksi xidmətləri ilə bağlı yeni tələblərin tətbiqi bazarın əvvəlki vəziyyətindən xeyli fərqlənməsinə səbəb olub. Sürücülər üçün müəyyən edilən şərtlər, avtomobillərə qoyulan tələblər və taksi fəaliyyətinin daha ciddi nəzarətə götürülməsi bu sahədə çalışanların sayına da təsir göstərib. Paralel olaraq ictimai nəqliyyatın inkişaf etdirilməsi sərnişinlərin seçim imkanlarını artırıb. Bütün bunlar fonunda taksi xidmətlərində baş verən dəyişikliklərin sərnişinlərə necə təsir edəcəyi maraq doğurur. Yeni sistem xidmətin keyfiyyətini yüksəldəcək, yoxsa taksidən istifadə edənlər üçün əlavə problemlər yaradacaq?

Məsələ ilə bağlı Median.Az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, taksi bazarında son dövrlərdə yaranan yeni vəziyyət aparılan islahatlarla bağlıdır:

“Əvvəlki illərdə taksi sahəsində ümumi və aydın qaydaların tam formalaşmaması bir sıra çətinliklərə yol açırdı. Həm sürücülər iş və gəlir məsələlərindən narazı qalır, həm də sərnişinlər xidmətin səviyyəsi, təhlükəsizlik və sürücülərə etibar baxımından müxtəlif problemlərlə üzləşirdilər. Hazırda taksi fəaliyyəti üçün daha konkret şərtlər müəyyənləşdirilib. Sürücülər müəyyən hazırlıqdan keçməli, rəqəmsal platformalardan istifadə edə bilməli, avtomobillər isə müəyyən edilmiş texniki və yaş tələblərinə uyğun olmalıdır. Taksi fəaliyyəti üçün verilən icazələrin müddətinin yeddi ilədək müəyyənləşdirilməsi də yeni sistemin əsas dəyişikliklərindən biridir”.

Ekspert bildirib ki, tətbiq olunan tələblər taksi avtomobillərinin sayına təsirsiz ötüşməyib:

“Bu dəyişiklik bəzi dövrlərdə xidmət qiymətlərində də özünü göstərib. Taksi bazarındakı dəyişikliklərlə yanaşı, ictimai nəqliyyatın inkişafı da insanların gündəlik seçimlərinə təsir edir. Avtobus zolaqlarının artırılması, mikromobillik imkanlarının genişləndirilməsi və digər nəqliyyat layihələri şəhər daxilində alternativ hərəkət imkanlarını çoxaldıb. Nəticədə xüsusilə qısa məsafələrdə taksidən istifadə edən sərnişinlərin bir hissəsi avtobus və digər nəqliyyat vasitələrinə üstünlük verməyə başlayıb. Nəzərdə tutulan nəqliyyat layihələri tam şəkildə həyata keçirildikcə sərnişinlərin alternativləri daha da artacaq. Bu halda taksidən yalnız zəruri hallarda istifadə edənlərin sayı çoxala bilər. Bu isə bazarda xidmət keyfiyyətinin yüksəlməsinə və şəhər nəqliyyatının daha düzgün təşkilinə şərait yarada bilər”.

Aysel Elnur

Son xəbərlər