Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)

15.11.2024 22:11 918
Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)
"Taksi fəaliyyətində qiymət azalması müvəqqəti xarakter daşıyır. Bu müddət təxminən 15-20 gün davam edə bilər. Bunun səbəbi COP29 tədbiridir".

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov son günlər taksi fəaliyyətində qiymətlərin enməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, qiymətlərin bu şəkildə aşağı səviyyədə qalması mümkün deyil:

"Şəhərdə insanlar azdır. Demək olar ki, şəhər boşalıb. Taksi sürücülərinin sayında da azalma var. Tıxac yaranan kimi qiymətlər yenidən əvvəlki həddə yüksələcək. Hətta ola bilər ki, əvvəlki həddi də keçsin".

Nəqliyyat eksperti Elməddin Muradlı isə taksi sürücülərinin qiymətlərin ucuzlaşmasından narazılıq etdiyini vurğulayıb:


"Bir çox istiqamətlərdə hərəkətin məhdudlaşdırılması ilə əlaqədar intensivlik aşağı düşüb. Amma qiyməti sürücülər deyil, şirkətlər endirib. Şirkətlərin də yanaşması bu şəkildədir ki, tələb artanda qiymət artır, tələb azalanda qiymət azalır".

Elməddin Muradlı həmçinin taksi qiymətlərinin tənzimlənməsinə ciddi ehtiyac olduğunu bildirib:

"AYNA tərəfindən aşağı hədd müəyyənləşdirilib, amma yuxarı həddi də müəyyənləşdirmək lazımdır. Çünki sosial şəbəkələrdə bu istiqamətdə müzakirələr və mübahisələr gedir. Sürücülər iddia edir ki, qiymət çox aşağıdır, əvvəlki formada işləmirlər, deyirlər ki, yeni şərtlərə uyğunlaşaraq, daha keyfiyyətli avtomobil alıblar. Qiymət artımı xidmətin qarşılığında baş verməyib. Sərnişinlər də sosial şəbəkələrdə yazırlar ki, taksi filan istiqamətə baha apardı və s. Bu baxımdan, tərəflərin ortaq məxrəcini tapmaq lazımdır".скачать dle 11.3
Mojo.az Banner