Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Taksi sürücülərinin NƏZƏRİNƏ: Polis əməkdaşları yoxlamalar aparacaq

04.10.2021 15:50 2 538
Taksi sürücülərinin NƏZƏRİNƏ: Polis əməkdaşları yoxlamalar aparacaq
Polis əməkdaşları vaksin pasportu olmayan taksi sürücülərinin aşkara çıxarılması üçün onlara müştəri qismində yaxınlaşa bilərlər.

Bunu açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Ekspert inzibati məsuliyyətə cəlb olunmamaları üçün taksi sürücülərini qoyulan qaydalara riayət etməyə çağırıb:

“Taksi sürücülərinə əvvəllər də bir çox tövsiyələr olunmuşdu, amma buna əməl etmədilər. Qərar verildi, ona da riayət etmədilər. Məsələn, hazırda şəffaf arakəsmə, maşında gigiyenik məhsulların olması, maskadan istifadə ilə bağlı tələblərə 100 faiz əməl olunmur. Hesab edirəm ki, indi vaksin pasportlarının yoxlanılması üçün reydlərin keçirilməsinin bir əhəmiyyəti var. Çünki taksi sürücüləri gün ərzində daha çox insanla təmasda olurlar. Onların özlərini qoruması və xəstəliyin yayılmasının qarşısının alınması vacib məsələdir”.

Ekspert hesab edir ki, taksi sürücülərinin böyük hissəsi vaksinasiyadan keçib. Onun sözlərinə görə, sadəcə bir qisminin, xüsusən də peyvənddən çəkinən bir qrup yaşlı təbəqənin vaksin pasportu olmaya bilər:

“Amma sürücülər cərimələnməməyin yolunu da tapıblar. Artıq avtomobilin üzərinə taksi fərqlənmə nişanı qoymur, müxtəlif şirkətlərin xidmətlərindən istifadə edərək, onlayn müştəri qəbul edirlər. Gələcəkdə polis əməkdaşları müştəri qismində taksiyə əyləşərək belə sürücüləri aşkar edə bilərlər. Bu, polisin xidməti fəaliyyətinə aid olan məsələdir. Əməliyyat şəraitinə nəzarət, qoyulan qaydalara kimin əməl edib-etmədiyini üzə çıxarmaq üçün bu üsuldan istifadə edilə bilər. Ona görə taksi sürücülərinə tövsiyə edərdim ki, diqqətli olsunlar. Cərimələr də kifayət qədər ağırdır. Cərimələndikdə taksi sürücüsü demək olar ki, bir neçə günlük qazancından məhrum olur. Qaydalara əməl etsələr, heç bir problem yaşanmaz”.

Qeyd edək ki, oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olanlardan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunur.

//Trend

Son xəbərlər