Mojo.az Banner
SON DƏQİQƏ
14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın!

13.08.2026 16:13 471
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın!
Bakıda nəqliyyat sıxlığı və avtomobil bazarındakı qiymət artımı fonunda bir çox şəxs hər gün taksiyə xərc çəkmək, yoxsa kredit və ya nağd pulla şəxsi avtomobil almaq arasında seçim etməli olur.

Median.Az
bildirir ki, “Yeni Sabah”ın araşdırmasına əsasən, gün ərzində işə və evə gediş-gəliş üçün 15-20 manat taksi xərci olan bir şəxs ayda ortalama 330-440 AZN, həftəsonları da nəzərə alındıqda isə 450-600 AZN civarında xərc çəkir. Bu da illik hesabla 5 400 -7 200 AZN arası məbləğ deməkdir.

Şəxsi avtomobil ssenarisində isə nəticə ödəniş formasına görə kəskin fərqlənir. Avtomobil nağd alındıqda aylıq kredit öhdəliyi olmasa da, benzin və cari saxlanma xərcləri dərhal başlayır.

Kreditlə alış zamanı isə orta səviyyəli (15 000-20 000 AZN-lik) bir avtomobil üçün ilkin ödənişdən sonra aylıq kredit ödənişi ortalama 350-500 AZN təşkil edir. Bunun üzərinə yanacaq və istismar xərcləri də əlavə olunduqda, aylıq ümumi yük 650-850 AZN-ə çatır.

Bu rəqəmlər göstərir ki, günlük 15-20 AZN taksi xərci olan şəxs üçün kreditlə avtomobil almaq iqtisadi baxımdan əlverişli sayılmır, nağd alışda isə rahatlıq faktoru önə çıxsa da, aylıq saxlanma xərci taksi büdcəsinə çox yaxınlaşır.

Məsələnin digər tərəfi isə sürücülərin adətən nəzərə almadığı, lakin cibə ciddi təsir edən gizli xərclərdir. Avtomobil alarkən alıcılar əksər hallarda yalnız yanacaq xərcini hesablasalar da, Bakı şəraitində icbari və kasko sığortası, texniki baxış, yağ dəyişmə, rəqəmsal parklanma ödənişləri, avtoyuma və gözlənilməz cərimələr aylıq hesabla orta hesabla 165-315 AZN arasında gizli xərc yaradır. Aylıq 120-180 AZN-lik yanacaq xərci də əlavə olunduqda, bir avtomobilin sadəcə yolda hərəkət etməsi ayda minimum 300-500 AZN-ə başa gəlir.

Maliyyə savadlılığı baxımından şəxsi istifadə üçün alınan avtomobil- əgər sahibinə birbaşa gəlir gətirmirsə, aktiv deyil, klassik passiv, yəni öhdəlik hesab olunur. Bunun əsas səbəbi avtomobilin hər il öz dəyərini itirməsidir.

Sıfır avtomobillər salondan çıxdığı ilk il dəyərinin 15-20%-ni, növbəti illərdə isə 8-10%-ni, ikinci əl maşınlar isə hər il 5-8%-ni itirir. Məsələn, 20 000 AZN-ə alınan avtomobil 3 ildən sonra təxminən 15 000 - 16 000 AZN-ə düşür. Bu müddətdə həm 4 000 - 5 000 AZN dəyər itkisi baş verir, həm də davamlı saxlanma xərci çəkilir.

Ekspertlərin fikrincə, taksidən şəxsi avtomobilə keçməyin iqtisadi baxımdan özünü doğrultması üçün aylıq taksi xərci 600-700 AZN-i (günlük 25-30 AZN-dən çox) keçməli və ya ayda minimum 1 500 - 2 000 kilometrdən çox məsafə qət edilməlidir. Günlük gediş-gəliş xərci 15-20 AZN civarında olan və ayda 1 000 km-dən az məsafə qət edən şəxslər üçün taksi istifadəsi nəinki maliyyə baxımından daha əlverişlidir, hətta parklanma stresi, usta axtarışı və illik dəyər itkisi kimi qayğılardan da azaddır.скачать dle 11.3

Son xəbərlər