Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |     20:54 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub  |     20:50 Ramiz Mehdiyevə hökm oxundu: 14 il  |     20:39 Azər Qasımovun qardaşının məhkəməsində 200 minlik dələduzluğun detalları AÇIQLANDI  |     20:35 Deputat iranlı naziri tənqid etdi: “Əvvəl öz ölkəsindəki problemləri həll etsin”  |     20:14 Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı  |     19:55 Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər  |     19:44 Metro stansiyalarında ürək aparatları quraşdırılacaq  |     19:44 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü  |     19:36 "Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı  |     19:30 Hava dəyişir: Yağış, qar və sel xəbərdarlığı  |     19:13 Beş milyonluq obyektin söküntüsü ilə bağlı iş məhkəmədə  |     19:04 Pakistan rəsmisi: "Azərbaycanın Kəşmir məsələsində dəstəyini yüksək qiymətləndiririk"  |     18:55 Azərbaycana qarşı çıxışlar edən Fatih Erşahin polisə çağırılıb  |     18:51 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib - Foto  |     18:41 İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar - Foto  |     18:37 Prezidentin sosial şəbəkə hesablarında Bakıdakı beynəlxalq forumla bağlı videoçarx paylaşılıb (Video)  |     18:32 İmişlidə söyüşə görə həmyerlisini güllələyərək öldürən şəxsə hökm oxundu  |     18:28 "Toyota" 200 mindən çox avtomobilini geri çağırır - Səbəb  |     18:16 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz

15.08.2026 22:08 348
Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz
Yaşıllaşmış, həddən artıq cücərmiş, büzüşmüş və ya yumşalmış kartofdan istifadə etmək tövsiyə edilmir.

Həkim-qastroenteroloq Yevgeni Belousovun sözlərinə görə, belə kartofun tərkibində zəhərli qlikoalkaloidlərin – solanin və çakoninin miqdarı arta bilər.

Kartofun yaşıl rəng almasına xlorofil səbəb olsa da, bu, toksinlərin artmasının xəbərdaredici əlaməti hesab olunur.

Xüsusilə toksinlər qabıqda, gözlərdə, cücərtilərdə və yaşıl hissələrdə daha çox toplanır.

Kiçik yaşıl sahələri qalın şəkildə kəsib təmizləmək mümkündür. Lakin kartofun böyük hissəsi yaşıllaşıbsa, güclü cücəribsə, büzüşüb və ya yumşalıbsa, onu atmaq daha təhlükəsizdir.


Solaninlə zəhərlənmə zamanı ağızda acılıq və yanma, ürəkbulanma, qusma, qarın ağrısı və ishal yarana bilər. Ağır hallarda başgicəllənmə, güclü halsızlıq, şüur pozğunluğu və ürək ritminin pozulması baş verə bilər.

Qeyd edək ki, bişirmək yaşıllaşmış və ya cücərmiş kartofu tam təhlükəsiz etmir./bizimmedia

Son xəbərlər