Fransada uşaqlar üçün sosial şəbəkə qadağası baş tutmadı - SƏBƏB
Fransada 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun qüvvəyə minməyəcək.
Fransanın Konstitusiya Şurası parlamentin iyul ayında qəbul etdiyi qanunu ölkənin Konstitusiyasına zidd hesab edib.
Prezident Emmanuel Makron qanunun sentyabrdan tətbiq olunacağını vəd etmişdi.
Şuranın qərarına əsasən, 15 yaşadək uşaqlar üçün sosial şəbəkələrə qadağa söz və ünsiyyət azadlığına həddindən artıq məhdudiyyət yaradır. Bu məhdudiyyətin “uyğun, zəruri və mütənasib olmadığı” qənaətinə gəlinib.
Qərardan sonra Yelisey sarayı bildirib ki, Prezident Makron Baş nazir Sebastyan Lekornyuyə mümkün qədər qısa müddətdə qanunun yeni və hüquqi baxımdan əsaslandırılmış variantını hazırlamağı tapşırıb.
Parlamentin iyul ayında qəbul etdiyi qanuna əsasən, gələn ilin yanvarından 15 yaşı tamam olmayan şəxslərin sosial şəbəkələrdən istifadəsi qadağan edilməli idi.
Sentyabrdan isə yeni hesab yaradan istifadəçilərin yaşını təsdiqləməsi tələb olunurdu.
Planlaşdırılan sistemə əsasən, gələn ilin yanvarından Fransada sosial şəbəkələrdən istifadə edən hər bir şəxs 15 yaşdan yuxarı olduğunu təsdiqləməli idi.
//sfera.az