Mojo.az Banner
17:37 Süni intellekt əməkdaşı işdən çıxardı - İlk dəfə  |     17:21 Polis Bakıda əməliyyat keçirdi: Saxlanılan var - Video  |     16:58 İsveçrədə Rusiyanın dondurulmuş aktivləri 10 milyardı keçdi  |     16:41 İndoneziyada daha bir güclü zəlzələ: Sumatra adası silkələndi  |     16:39 Sea Breeze-dəki faciədən sonra: Hovuzlardakı təhlükəsizlik sistemi necə olmalıdır?  |     16:11 Qətlə yetirilən iş adamının FOTOLARI  |     15:40 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     14:47 Emin Ağalarov "Sea Breeze"də baş verən hadisə ilə bağlı açıqlama yaydı - FOTO  |     14:45 Sosial şəbəkələrdə reklamverənlərə ŞAD XƏBƏR: "Meta" Azərbaycanda vergi qeydiyyatına alınır  |     14:44 Tərtər sakini yanaraq öldü  |     14:43 Masallıda avtomobildən 9 kiloqram narkotik vasitə aşkarlanıb  |     14:43 Azərbaycanın daha üç boksçusu Avropa çempionatına qələbə ilə start verib  |     14:35 Valideynlər DİQQƏT! Məktəbli forması alarkən bu məqama fikir verin  |     14:31 Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR (Video)  |     14:24 Azərbaycan nefti ucuzlaşıb  |     14:24 Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? - Kardioloqlardan açıqlama  |     13:58 Bu gündən "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılıb  |     13:45 FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb  |     13:39 Elman Paşayevin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur  |     13:33 Məhsul var, bazar yoxdur: Azərbaycan fermeri niyə satışda çətinlik çəkir?  |    
Left Banner
Right Banner

Sea Breeze-dəki faciədən sonra: Hovuzlardakı təhlükəsizlik sistemi necə olmalıdır?

15.08.2026 16:39 765
Sea Breeze-dəki faciədən sonra: Hovuzlardakı təhlükəsizlik sistemi necə olmalıdır?
Yay mövsümündə hovuz və su əyləncə məkanlarında təhlükəsizlik məsələsi yenidən gündəmə gəlib. "Sea Breeze" istirahət mərkəzində hovuzda ayağı su nasosunda sıxılan 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını xilas etmək mümkün olmayıb. Azyaşlı uşağın ölümü istirahət məkanlarında, xüsusilə hovuzlarda təhlükəsizlik qaydalarına nə dərəcədə əməl olunması ilə bağlı ciddi suallar yaradıb.

Belə qurğular uşağın ayağını və ya bədəninin digər hissəsini sıxa biləcək gücdədirsə, hansı təhlükəsizlik mexanizmləri olmalıdır?

Belə məkanlarda təhlükəsizlik sistemi necə qurulmalıdır və faciənin qarşısını almaq üçün hansı tədbirlər mütləq görülməlidir?

Bu cür faciələrin təkrarlanmaması üçün istirahət mərkəzlərində hansı təhlükəsizlik standartları sərtləşdirilməlidir?

Valideynlər uşaqları hovuzlara apararkən hansı təhlükəsizlik məqamlarına xüsusi diqqət yetirməlidirlər?
Hadisə ilə bağlı Median.Az-ın suallarını cavablandıran təhlükəsizlik üzrə mütəxəssis Samir Abıyev bildirib:

"Belə hallarda əsas risk nasosun yaratdığı güclü sorma qüvvəsidir. Buna görə hovuzun su sorma nöqtələri insanın ayağını, əlini, saçını və ya bədənini özünə çəkib sıxışdırmayacaq şəkildə layihələndirilməlidir".

Samir Abıyevin sözlərinə görə, beynəlxalq təhlükəsizlik yanaşmalarında xüsusi anti-entrapment qoruyucu barmaqlıqlar, ikiqat sorma çıxışları, vakuumun avtomatik boşaldılması sistemi (SVRS) və nasosun təcili dayandırılması mexanizmləri tətbiq edilir.

Mütəxəssis qeyd edib ki, belə məkanlarda hovuz istifadəyə verilməzdən əvvəl texniki təhlükəsizlik yoxlaması aparılmalı, nasos və sorma sistemləri dövri inspeksiyadan keçirilməli, qoruyucu barmaqlıq sınıq, boş və ya yerində olmadıqda hovuz dərhal bağlanmalıdır.
Ekspertin fikrincə, standartların sərtləşdirilməsi ilə yanaşı, müstəqil texniki inspeksiya, risk qiymətləndirilməsi, fövqəladə dayandırma sistemi və xilasedici heyətin daimi nəzarəti məcburi xarakter daşımalıdır.

Mütəxəssis sonda vurğulayıb ki, valideynlər də uşaqları nəzarətsiz buraxmamalı, xüsusilə hovuzun dibində və divarlarında yerləşən su sorma barmaqlıqlarından uzaq saxlamalıdırlar. Güclü sorma hətta böyüklər üçün də təhlükəli ola bilər.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner