Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Üçüncü ixtisas qrupu ilə bağlı vacib məlumatlar

14.08.2026 20:07 327
Üçüncü ixtisas qrupu ilə bağlı vacib məlumatlar
2026/2027-ci tədris ili üçün respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin III ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 848, rus bölməsi üzrə 1355, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2350 yer olmaqla, ümumilikdə 15 min 553 yer nəzərdə tutulur. Həmin yerlərdən 4140-ı dövlət sifarişi əsasındadır.

III ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə DT altqrupu üzrə ümumilikdə 13 min 373 (o cümlədən Azərbaycan bölməsində 10 min 423, rus bölməsində 1135, hər iki bölmənin birgə müsabiqəsi üzrə 1815) yer ayrılıb. DT altqrupu üzrə dövlət sifarişi əsasında 3920 plan yeri var.

TC altqrupu üzrə isə ümumilikdə 2180 (o cümlədən Azərbaycan bölməsində 1425, rus bölməsində 220, hər iki bölmənin birgə müsabiqəsi üzrə 535) yer ayrılıb. TC altqrupu üzrə dövlət sifarişi əsasında 220 plan yeri mövcuddur.

Son xəbərlər