Mojo.az Banner
23:00 Çox qəhvə içmək risklidir: ürək döyüntüsü, təzyiq...  |     22:51 Paytaxtda usta iş yerində öldü  |     22:44 Evdə ayaqyalın gəzməyin  |     22:34 Azərbaycanda 40 dərəcə istilər artıq normaya çevrilir? - Meteoroloqdan açıqlama  |     22:27 Yarım milyon manatdan artıq dələduzluqda təqsirləndirilən əcnəbiyə hökm oxundu  |     22:22 Alim Qasımov açıq ürək əməliyyatı olunan Aqil Məlikovu ziyarət etdi (FOTO)  |     22:14 Azərbaycanlılar ən çox hansı sosial şəbəkədən istifadə edir? (YENİ SİYAHI)  |     22:09 Füzulidə geniş ərazidə yanğın başlayıb  |     22:00 Kirayə mənzillər 16 dəqiqə 22 saniyə ərzində seçilib - Birgə məlumat  |     21:51 Dondurma yayda ən yaxşı sərinləşdirici qidadır? - VİDEO  |     21:44 Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı  |     21:33 Türkiyənin ilk astronavtına general rütbəsi verildi  |     21:31 Gimnaziyanın 9-cu sinif şagirdi vəfat etdi  |     21:26 Türkiyədə tanınmış teleaparıcı həbs edildi  |     21:17 Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA (Audio)  |     21:13 Gecə klubunun qarşısında QƏTL - Detallar AÇIQLANDI  |     21:05 14 yaşlı oğlan kanalda boğuldu  |     20:59 Daha bir "Wildberries" kompleksi vuruldu  |     20:53 Putin Nikolay Baskova orden verdi  |     20:48 Qonşusunu döyərək hədə-qorxu gələn qadın bəraət aldı  |    
Left Banner
Right Banner

Ödənişli təhsil alanlarla bağlı DİM-dən yeni təklif

23.09.2019 22:42 1 630
Ödənişli təhsil alanlarla bağlı DİM-dən yeni təklif
Dövlət sifarişi əsasında və ödənişli təhsil forması üzrə yerlərə qəbul olan abituriyentlərin bal göstəriciləri arasındakı fərq nəzərə alınaraq, ödənişli təhsil alanlar üçün ali məktəblər tədris proqramında dəyişiklik aparmalı, onları bir qədər genişləndirilmiş proqram əsasında hazırlamalıdırlar.

Median.Az
-ın Baku.ws-ə istinadən məlumatına görə, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) 2018-2019-cu tədris ili üçün tələbə qəbulu ilə bağlı elmi-statistik təhlilində yer alıb.

DİM-in araşdırmalarına əsasən, abituriyentlərin imtahan fənlərinə cavablarının təhlili özəl ali təhsil müəssisələrinə qəbul olanların göstəricilərinin dövlət ali təhsil müəssisələrinə qəbul olanların göstəricilərindən aşağı olduğunu göstərir. Belə nəticə göstərənlər sonradan birinci kursun tədris proqramını mənimsəməkdə çətinlik çəkirlər:

"Ona görə də özəl ali təhsil müəssisələri birinci kurs tələbələri üçün genişləndirilmiş tədris proqramları hazırlamalı və həmin
proqramları tədrisin intensivləşdirilməsi hesabına həyata keçirməlidirlər. Eyni zamanda, dövlət sifarişi əsasında və ödənişli təhsil forması üzrə olan yerlərə qəbul olan abituriyentlərin bal göstəriciləri arasındakı fərq nəzərə alınaraq, ödənişli təhsil forması üzrə qəbul olanların təhsil üçün ödədiyi vəsaitin bir hissəsi onların müasir təhsil standartları səviyyəsində hazırlığına yönəldilməlidir".

Təhlildəki məlumatlara əsasən, dövlət sifarişi əsasında ayrılan yerlərə qəbul olan abituriyentlərin hazırlıq səviyyəsi ödənişli təhsil forması üzrə qəbul olanlardan əhəmiyyətli dərəcədə yüksəkdir:

"Ötən tədris ili üzrə aparılmış qəbulun nəticələrinə görə, ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında ayrılmış yerlərə və ödənişli təhsil forması üzrə ayrılmış yerlərə qəbul olanların bilikləri arasında ən az fərq hər iki bölmədə IV ixtisas qrupundadır. Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında ayrılmış yerlərə və ödənişli təhsil forması üzrə qəbul olanların fənlər üzrə cavablarının ortastatistik göstəriciləri arasında ən böyük fərq hər iki bölmə üzrə II ixtisas qrupuna daxil olan fənlərə cavablarında müşahidə olunur. Bu ixtisas qrupunda ödənişli təhsil forması üzrə qəbul olanların cavablarının göstəriciləri dövlət sifarişi əsasında qəbul olanların cavablarından Azərbaycan bölməsində 1.47-2.04, rus bölməsində isə 1.46-1.96 dəfə aşağıdır. Ümumilikdə götürdükdə, dövlət sifarişi əsasında ayrılmış yerlərə qəbul olan orta statistik abituriyentin bal göstəricisi ödənişli təhsil forması üzrə ali təhsil müəssisəsinə qəbul olan orta statistik abituriyentin bal göstəricisindən 1.51-1.55 dəfə yüksəkdir”.скачать dle 11.3
Mojo.az Banner