Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər? – AÇIQLAMA

13.08.2026 17:29 330
Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər? – AÇIQLAMA
Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistandan Azərbaycana yaxın vaxtlarda məhsul ixracının başlayacağı ilə bağlı açıqlaması iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələyə keçə biləcəyi ehtimalını gündəmə gətirib.

Paşinyan ixrac ediləcək məhsulların konkret olaraq hansı mallar olacağını açıqlamasa da, tərəflərin daha əvvəl mümkün ticarət məhsullarının siyahısını müzakirə etdiyi məlumdur.

Maraqlıdır ki, 2026-cı ilin ilk rübündə Azərbaycan Ermənistana 5,8 milyon dollar dəyərində məhsul ixrac edib, Ermənistandan Azərbaycana idxal isə cəmi 960 dollar səviyyəsində olub. Azərbaycanın Ermənistana ixracında əsasən neft məhsulları – dizel yanacağı və Aİ-92, Aİ-95 markalı benzin üstünlük təşkil edib.

Belə olan halda sual yaranır: Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi real görünür və Paşinyanın açıqlaması nə dərəcədə yaxın perspektivdə reallaşa bilər?

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Ermənistanın ixrac potensialına baxanda əsasən kənd təsərrüfatı məhsulları, balıq məhsulları, meyvə-tərəvəz, dəmir filizi və bu kimi məhsullar önə çıxır. İxrac bu istiqamətlər üzrə həyata keçirilə bilər. Ola bilər ki, hətta enerji mübadiləsi də olsun. Yəni biz Ermənistana qaz sata bilərik, Ermənistandan isə elektrik enerjisi ala bilərik – işğaldan azad olunmuş bölgələrimizin təminatı üçün. Perspektivlər var, sadəcə bu, uzun prosesdir və qısa zamanda həyata keçirilməsi bir qədər çətindir.

Çünki texniki problemlər də var. Bankların bir-birini tanıması, bank köçürmələrinin həyata keçirilməsi üçün mexanizmlərin formalaşdırılması, infrastrukturun qurulması və sair məsələlər həllini tapmalıdır".

İqtisadçı qeyd edib ki, münasibətlər gec-tez bərpa olacaq: "Mən şəxsən düşünürəm ki, əgər sertifikatlaşdırma düzgün həyata keçiriləcəksə və qiyməti münasib olacaqsa, niyə də almayaq? Biz artıq o komplekslərdən çıxmalıyıq. Qalib ölkəyik, qalib kimi də davranmağı öyrənməliyik”.

Son xəbərlər