Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı |
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan: "Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər"

13.08.2026 14:35 627
Paşinyan:
"Azərbaycanlı mütəxəssislər Ermənistan ərazisində təhlil işləri aparıblar".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu barədə məlumatlar hələ 2025-ci il sentyabrın 5-də və 2026-cı ilin yanvar ayında ictimaiyyətə açıqlanıb.

"Bütün müzakirələr həmin danışıqlar çərçivəsində baş tutub və təbii ki, biz daha əvvəl də onların elektrik verilişi xətlərinin, boru kəmərlərinin, kabellərin və dəmir yolunun çəkilişi məsələləri üzərində çalışdıqlarını, ikitərəfli işin aparıldığını bildirmişdik", - deyə o qeyd edib.

O, həmçinin Azərbaycanla enerjidaşıyıcılarının ticarəti məsələsinə də toxunub. Paşinyan burada iki istiqamətin nəzərdən keçirilməli olduğunu vurğulayıb.

"Son vaxtlar biz Ermənistanın enerji ehtiyatlarının bolluğundan danışırdıq, lakin indi süni intellekt zavodlarının sürətlə inkişaf etməsi və təsəvvürlərimizi aşan həcmdə enerji istehlak etməsi səbəbindən Ermənistanın əlavə elektrik enerjisinə ehtiyacı ola biləcəyini qeyd etməliyik", - deyə hökumət rəhbəri əlavə edib.

Eyni zamanda, baş nazir Ermənistanın strategiyasının yüz faizlik enerji müstəqilliyinə nail olmaqdan ibarət olduğunu, lakin bunun Ermənistanın beynəlxalq enerji ticarəti bazarından kənarda qalacağı demək olmadığını açıqlayıb.

"Bəzən biz ixrac, bəzən isə idxal edə bilərik, bu sıraya Azərbaycanla elektrik enerjisinin idxalı və ixracı sahəsində əməkdaşlıq da daxildir", - deyə Paşinyan sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində enerji sektoruna toxunaraq, TRIPP layihəsi çərçivəsində Azərbaycan mütəxəssislərinin Ermənistan ərazisində tədqiqat apardıqlarını və elektrik verilişi xətlərinin dayaqlarının quraşdırıla biləcəyi yerləri müəyyənləşdirdiklərini bildirmişdi.

Son xəbərlər