Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

12.08.2026 16:30 459
Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir
Ermənistanda dövlət büdcəsinin vəsaiti hesabına Kəlbəcərlə sərhədə yaxın ərazidən keçən M-10 avtomobil yolunun 9 kilometrlik hissəsinin yenidən qurulmasına başlanılıb.

Söhbət Sevan-Martuni-Basarkeçər (Vardenis)-Ermənistan sərhədi istiqamətində uzanan M-10 avtomagistralının Basarkeçər bölgəsindən keçən hissəsindən gedir.

Məlumata görə, yolun yenidən qurulması işləri Ermənistanın dövlət büdcəsi hesabına həyata keçirilir.

Hazırda magistralın yenidən qurulan hissəsində asfalt-beton örtüyünün salınmasına da başlanılıb.

Qeyd edək ki, Basarkeçər rayonu Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə yerləşir./modern.az

Son xəbərlər