Beynəlxalq təcrübədə kartdan-karta limitləri - Praktika nə deyir?
Avqustun 1-dən Azərbaycanda kartdan-karta (C2C) köçürmələr üzrə yeni məhdudiyyətlər qüvvəyə minib. Yeni qaydalara əsasən, gün ərzində maksimum 5 köçürmə və 5 mədaxil əməliyyatı aparmaq mümkündür. Aylıq ümumi limit isə 20 min manat müəyyən edilib. Müştərinin öz kartları arasında həyata keçirilən köçürmələrə isə bu məhdudiyyətlər şamil edilmir.
Qaynarinfo dünya praktikasında bu təcrübənin necə işlədiyini araşdırıb.
"Reddit" platformasında paylaşılan FinFly.News analizində qeyd olunur ki, bu addım dünyada fiziki şəxslər arasında aparılan ödənişlərə (P2P) nəzarətin gücləndirilməsi istiqamətində formalaşan qlobal tendensiyanın tərkib hissəsidir.
Təhlildə bildirilir ki, bir çox ölkələrdə P2P köçürmələri müxtəlif üsullarla tənzimlənir.
Belə ki, Türkiyədə banklar iri məbləğli P2P köçürmələrini məhdudlaşdırır və ödənişlərin hissələrə bölünməsi hallarını yaxından izləyir. Məqsəd qeyri-rəsmi əməkhaqqı ödənişləri və qanunsuz nağdlaşdırma sxemlərinin qarşısını almaqdır.
Qazaxıstanda sahibkarlıq fəaliyyətinin əlamətlərini daşıyan fiziki şəxslərarası köçürmələrə məhdudiyyət tətbiq edilir və banklar bu əməliyyatları avtomatik olaraq kommersiya fəaliyyəti kimi qiymətləndirə bilir.
Avropa İttifaqında PSD2 və çirkli pulların yuyulmasına qarşı (AML) qaydalar çərçivəsində tez-tez təkrarlanan köçürmələrə, qeyri-adi məbləğlərə və tanımayan şəxslər arasında aparılan əməliyyatlara nəzarət gücləndirilir.
Sinqapurda P2P əməliyyatları üzrə məbləğ limitləri mövcuddur, banklar şübhəli köçürmə zəncirlərini bloklamağa borcludur və rəsmi ödəniş kanallarından istifadəyə üstünlük verilir.
ABŞ-da isə banklar və Zelle, Venmo kimi ödəniş platformaları gündəlik əməliyyat sayı və məbləği üzrə limitlər tətbiq edir. Buna səbəb maliyyə dələduzluqları və sosial mühəndislik üsulları ilə törədilən cinayətlərin artması göstərilir.
Təhlildə qeyd olunur ki, son illər bir sıra ölkələr maliyyə axınlarına nəzarətin gücləndirilməsi, çirkli pulların yuyulması, vergidən yayınma və dələduzluqla mübarizə məqsədilə P2P köçürmələri üzrə müxtəlif məhdudiyyətlər tətbiq edir. Bu baxımdan, Azərbaycanda qüvvəyə minən yeni qaydalar beynəlxalq praktikada istifadə olunan tənzimləmə mexanizmləri ilə müqayisə edilir.