Mojo.az Banner
20:07 Üçüncü ixtisas qrupu ilə bağlı vacib məlumatlar  |     19:59 Ağaclar qanunsuz kəsildi - Təbiətə 71 min manatdan çox ziyan vurdular  |     19:54 Şəhid anası vəfat etdi  |     19:46 İkinci qrupda 600 və daha çox bal toplayanları sayı açıqlandı  |     19:40 İkinci ixtisas qrupunda neçə plan yeri ayrılıb?  |     19:33 Rusiya hərbi binasını partlatmağa çalışan qadın həbs edildi  |     19:28 Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı  |     19:23 Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi  |     19:20 Ekspres marşrutların ilk və son dayanacağı - Video  |     19:15 Avtoxuliqanlıq edən moped sürücüsü həbs olundu  |     19:09 İcra başçısını təhqir edən şəxs həbs olundu  |     19:01 BMU məzunu dünyanın nüfuzlu ali təhsil müəssisini seçdi  |     18:55 Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi  |     18:46 Payız üçün ən dəbli saç rəngi açıqlandı  |     18:41 Ronaldo yeni imicdə  |     18:18 Kartdan-karta köçürmələrdəki limitə görə qiymətlər artacaq? - AÇIQLAMA  |     18:14 Sumqayıtda kafedə yanğın: Obyekt tamamilə külə döndü  |     18:02 Bakıda 18 istiqamətdə sıxlıq va  |     17:56 Bakı və bir sıra rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     17:47 Azərbaycanda iqlim dəyişiklikləri ilə bağlı xərclər 1,4 milyard manatı ötüb  |    
Left Banner
Right Banner

Metronun "Koroğlu" stansiyasının yaxınlığındakı qanunsuzluğun ifşası (Video)

06.08.2026 16:12 165
Metronun
Ziya Bünyadov prospektindən Koroğlu istiqamətində, metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən boş ərazinin parklanma məntəqəsinə çevrildiyi iddia olunur.

Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, ərazi bir şəxs tərəfindən zəbt edilərək avtomobillərin saxlanması üçün istifadə olunur.

Ərazidə aparılan çəkiliş zamanı sahənin zəncirlə bağlandığı və burada parklanma xidmətinin göstərildiyi müşahidə edilib. Araşdırma zamanı ərazidə çalışan şəxslə söhbət aparılıb.

O bildirib ki, burada Elvin adlı şəxsin tapşırığı ilə işləyir və toplanan vəsaitdən ona gündəlik ödəniş edir. Ərazinin sahibi olduğu iddia edilən şəxs isə avtomobillərdən ödəniş alınmadığını, yalnız nəzarət edildiyini bildirib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, sözügedən ərazidə qurum tərəfindən hər hansı parklanma təşkil edilməyib və bu fəaliyyət üçün agentlik tərəfindən icazə verilməyib.скачать dle 11.3
Mojo.az Banner