Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda hansı mistik xidmətlərin reklamı qadağandır? —2000 manat CƏRİMƏ

06.08.2026 14:05 912
Azərbaycanda hansı mistik xidmətlərin reklamı qadağandır? —2000 manat CƏRİMƏ
Son illər Azərbaycanda sosial şəbəkələrdə özünü astroloq, medyum və ya ekstrasens kimi təqdim edən şəxslərin bir qismi yüksək məbləğ qarşılığında "taleyin dəyişdirilməsi", "enerji təmizlənməsi", "qayıdış seansı", "doğum xəritəsi" kimi xidmətlər təklif edirlər. Bəzi vətəndaşlar isə bu cür xidmətlər nəticəsində maddi ziyana düşdüklərini bildirirlər. Türkiyədə avqustun 1-dən qüvvəyə minən yeni qaydalarla falçı, medyum, astroloq və oxşar xidmətlərin reklamlarına qoyulan məhdudiyyətlər qüvvədə saxlanılıb, istehlakçıların aldadılmasına səbəb ola biləcək reklamlarla bağlı nəzarət daha da gücləndirilib. Bəs, Azərbaycanda müvafiq sahədə qanunvericilik nə deyir?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirib ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, reklam istehlakçını aldatmamalı və onda çaşqınlıq yaratmamalıdır.

Qurum əlavə edib ki, həmin Qanunun 29.8-ci maddəsinə əsasən, kütləvi müalicəvi seanslarının, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir.

Qurum qeyd edib ki, “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, istifadəsinə (tətbiqinə) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən icazə verilməmiş tibb vasitəsi, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları, o cümlədən hipnoz seansları, kontaktsız, psixi və ya bioenergetik təsirə əsaslanan müalicə metodlarının reklamı qadağandır.

"Əlavə olaraq onu da bildiririk ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilə bilərlər. (İXM/428.10, 428.1 – 428.9-cu maddələr)

Açıq məkanda reklam istisna olmaqla, reklam qanunvericiliyinin pozulması halları ilə qarşılaşan istehlakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt (office@competition.gov.az) vasitəsilə müraciət edə bilərlər", — deyə qurum sonda vurğulayıb.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər