Mojo.az Banner
17:15 Yandırılaraq öldürülən ər-arvadın FOTOSU  |     17:13 Tovuzda ikimərtəbəli evdə yanğın  |     17:05 Xarab olmuş kərə yağını anlamanın sadə yolları  |     16:56 Gürcüstanda azərbaycanlı TIR sürücülərinin bir qisminin problemi həll olunub  |     16:55 İnfantino ilə bağlı qalmaqallı ittihamlar: FIFA bəyanat yaydı  |     16:53 Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib  |     16:35 Bazar ertəsi bütün "iPhone 17" modelləri bahalaşa bilər: Nə baş verir?  |     16:34 Gürcüstanda dövlət bayraqları yarıya endirildi  |     16:33 Türkiyə Qara dənizə ticarət gəmilərinin keçidini məhdudlaşdırır  |     15:55 İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı  |     15:33 Çimərliklərə üz tutan VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ  |     15:31 Lionel Messinin atası vəfat edib  |     14:45 Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanılıb  |     14:32 Bəzi yerlərdə 41 dərəcəyə yaxın isti olacaq  |     14:27 “Toy xərclərini, qızılı, cehizi zəruri sayanlar evlənməsə yaxşıdır” — Deputat  |     14:20 Qarpız pendir-çörəklə yeyiləndə zərərlidir? – Mütəxəssisdən AÇIQLAMA  |     14:15 Britaniyadan Vaşinqton Sammiti ilə bağlı BƏYANAT  |     14:09 Ən çox turist bu rayona gedib  |     14:07 Keçmiş müdafiə naziri vəzifəsinə qaytarılmasını tələb edir: Zelenskiyə 12 gün vaxt verildi  |     13:42 Rusiyadan Ermənistana buğda və daş kömür daşıyan yük qatarı Biləcəridən yola düşüb  |    
Left Banner
Right Banner

Tanışını borca görə bıçaqlayan şəxs: "Boynunu üzəcəyəm" deyirdi"

04.08.2026 12:38 165
Tanışını borca görə bıçaqlayan şəxs:
Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Rəfael Güləliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rəfael Güləliyevə 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

İttihama görə, hadisə 2026-cı il martın 19-da saat 19 radələrində Salyan şəhəri, Y.Qasımov küçəsində yerləşən yaşayış binasının qarşısındakı köməkçi tikilidə baş verib.

Belə ki, Rəfael Güləliyev əvvəlcədən özü ilə gətirdiyi bıçaqla tanışı, zərərçəkmiş Mahir Rəsulovla (soyadı şərtidir) aralarında yaranmış borc mübahisəsi zamanı ona çox sayda zərbə endirib.

İstintaqla müəyyən edilib ki, zərərçəkmiş şəxs təqsirləndiriləndən 1 500 manat borcunu geri qaytarmasını tələb edib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Rəfael Güləliyev bıçaqdan istifadə edərək Mahir Rəsulovun sol saidinin yuxarı hissəsinə, sol əlinə, sol buduna və bel nahiyəsinə zərbələr vurub.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişə yetirilən xəsarətlərdən bel nahiyəsində qarın boşluğuna keçən və enən çənbər bağırsağını zədələyən yara həyat üçün təhlükəli hesab olunub və sağlamlığa ağır zərər vuran xəsarət kimi qiymətləndirilib. Digər bıçaq yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri kimi dəyərləndirilib.

Məhkəmə iclasında ifadə verən Rəfael Güləliyev ittiham üzrə özünü qismən təqsirli bildiyini, lakin zərərçəkmişə yalnız bir bıçaq zərbəsi endirdiyini deyib.

Onun sözlərinə görə, hadisədən əvvəl Mahirdən 3 000 manat borc alıb və həmin məbləğin 2 700 manatını müxtəlif vaxtlarda geri qaytarıb. Borcun cəmi 300 manat qaldığını düşünsə də, zərərçəkmiş ondan 1500 manat tələb edib.

Rəfael Güləliyev ifadəsində qeyd edib ki, borc məsələsinə görə Mahirlə aralarında bir neçə dəfə mübahisə yaranıb:

"O mənə telefon vasitəsilə davamlı təhqiramiz və hədə dolu səsli mesajlar göndərib, "səni vuracağam", "boynunu üzəcəyəm", "haradan çıxacağımı bilməyəcəksən" kimi ifadələr işlədirdi. Bu səbəbdən təhlükəsizliyim üçün bir müddət Bakı şəhərinə getdim, lakin Novruz bayramı günlərində yenidən Salyana qayıtdım. Hadisə günü Mahir məni qaraja çağırdı. Mən isə ehtiyat məqsədilə özümlə bıçaq götürərək görüşə getdim".

İfadəsində qeyd edib ki, qarajda zərərçəkmiş əvvəlcə onu təhqir edib, sonra isə orada olan mətbəx bıçağına əl ataraq boğazını kəsməklə hədələyib.

Rəfael Güləliyev bildirib ki, o da cibindən bıçağı çıxarıb. Daha sonra Mahir onun boğazından tutduğundan ona yumruq vurub:

"Mahir yenidən mətbəx bıçağına tərəf uzanarkən cibimdəki bıçaqla ardıcıl üç zərbə endirdim. İlk iki zərbə dəymədi, yalnız üçüncü zərbə onun bədəninə daxil oldu".

Təqsirləndirilən şəxs deyib ki, zərbədən sonra hadisə yerini tərk edib. Bir qədər sonra yenidən geri qayıdaraq bıçağı zərərçəkmişin boğazına dirəyib ondan "qələt eləmişəm" deməsini tələb etsə də, fikrini dəyişərək oradan uzaqlaşıb.

O, hadisədən sonra yenidən Bakıya getdiyini, daha sonra polis əməkdaşının zəngindən sonra geri qayıtdığını və Mahirin ona göndərdiyi səsli mesajların telefonunda sübut kimi saxlandığını da məhkəməyə bildirib.скачать dle 11.3
Mojo.az Banner