Mojo.az — elanlar
Son Xəbərlər
14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Kafenin əməkdaşı pula görə tanışını bıçaqladı - QƏRAR

03.12.2025 12:17 480
Kafenin əməkdaşı pula görə tanışını bıçaqladı - QƏRAR
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Samir İmrəliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2025-ci il mayın 4-də saat 2:30-da paytaxtın Nəsimi rayonu ərazisində yerləşən qarajda qeydə alınıb.

Belə ki, Samir İmrəliyevlə tanışı, zərərçəkmiş Camulla Səfərovun (soyadı şərtidir) arasında əvvəlcədən mövcud olan pul münasibətləri ilə bağlı insident baş verib. Mübahisə zamanı təqsirləndirilən şəxs tanışı ilə aralarında yaşanan sözlü qarşıdurmanı onun qarın nahiyəsinə toxunmasını cüzi səbəb kimi bəhanə gətirib. Bu zaman Samir xuliqanlıq niyyəti ilə ona hücum edib. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi mətbəx bıçağını çıxararaq, Camullanın sinə nahiyəsindən bir dəfə zərbə vuraraq ona ağır bədən xəsarəti yetirib.

İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi (qəsdən, xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham irəli sürülüb. Lakin məhkəmə araşdırması zamanı təqdim olunan sübutların təhlili nəticəsində cinayətin xuliqanlıq niyyəti ilə törədilməsi təsdiqini tapmayıb. Bununla belə, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişə qəsdən ağır bədən xəsarəti yetirdiyini müəyyən edib.

Məhkəmə iclasında ifadə verən Samir İmrəliyev ittihamı qismən - CM-in 126.1-ci maddəsi üzrə etiraf edərək bildirib ki, hadisə ərəfəsində o, kafedə gecə növbəsində işləyib və Camulla ilə tanış olub. Onların arasında yaranmış mübahisə motosikletin pulunun ödənilməsi ilə əlaqəli olub. Onun sözlərinə görə, mübahisə zamanı tərəflər əvvəlcə söhbət etmək üçün sexə daxil olublar, orada iki bıçaq görən təqsirləndirilən şəxs bıçaqlardan birini cibinə qoyub. Davam edən mübahisə fonunda isə Samir bıçaqla zərərçəkmişə zərbə endirib.

Qeyd edək ki, Samir İmrəliyev daha əvvəl məhkumluq həyatı yaşayıbmış.

Son xəbərlər