Özbəkistan iki kəndi Qırğızıstana təhvil verdi
Özbəkistanda dövlət sərhədinin demarkasiyası başa çatdıqdan sonra Çon-Qara və Taş-Töbə kəndlərinin Qırğızıstana təhvil verilməsi proseduruna başlanılıb.
Bu barədə "Sputnik Qırğızıstan" məlumat yayıb.
Razılaşmaya əsasən, əvəzində Qırğızıstan Özbəkistana sərhədyanı ərazidə yerləşən, sahəsinə görə ekvivalent torpaq sahəsini verəcək.
Həmin kəndlərdə əsasən etnik qırğızlar yaşayır. Ümumilikdə burada təxminən 2,5 min nəfər məskunlaşıb. Kənd sakinləri bundan sonra Qırğızıstan vətəndaşlığı almalı olacaqlar.
Qeyd edək ki, Qırğızıstan və Özbəkistan arasında dövlət sərhədinin delimitasiyası prosesi 2023-cü ilin yanvarında yekunlaşıb.