Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

200 milyon dollar hansı istiqamətlərə xərclənəcək?

03.08.2026 18:29 264
200 milyon dollar hansı istiqamətlərə xərclənəcək?
"Azərbaycan Prezidentinin Qırğızstana səfəri zamanı əldə edilən razılaşmalardan biri də Azərbaycan və Qırğızıstan Birgə İnvestisiya Fondunun maliyyə imkanlarını ikiqat artıraraq 200 milyon dollara çatdırmaq barədə idi".

İqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti mətbuata bəyanatında bunun da son hədd olmayacağını bildirərək əlavə etdi ki, Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir.

"Fondun vəsaitinin 200 milyon dollara çatdırılması sahibkarlar üçün yeni fürsətdir. Çünki, sahibkarlar öz layihələrini təqdim etməklə fonddan maliyyə cəlb edə bilirlər və bu imkan daha da genişlənməkdədir. Fond tərəfindən artıq bir sıra layihələrin maliyyələşdirilməsi həyata keçirilməkdədir. Mətbuata bəyatında cənab Prezidentin qeyd etdiyi kimi, Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir. Bu platforma çərçivəsində Azərbaycan və Qırğızıstan sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələrin maliyyələşdirilməsi həyata keçirilir. Daha əvvəl Fond Qırğızıstanda kiçik su elektrik stansiyasının (SES) və müasir tikiş fabrikinin tikintisini maliyyələşdirilməsi barədə qərar qəbul etmişdi.

Bütövlükdə, fondun nizamnamə kapitalı Azərbaycan, beynəlxalq maliyyə institutları, xarici hökumətlərin maliyyə təşkilatları tərəfindən, habelə Qırğız Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələrdən formalaşır. Fondun imkanlarının genişləndirilməsi iki ölkə arasındakı strateji tərəfdaşlığı daha da gücləndirir".

Son xəbərlər