Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Slovakiyadan hansı məhsulları alırıq? - AÇIQLAMA

15.07.2026 21:17 444
Slovakiyadan hansı məhsulları alırıq? - AÇIQLAMA
"Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrinin mətbuata açıqlamalarında iqtisadi əlaqələrin daha da gücləndirilməsi məsələlərinə xüsusi yer ayrıldı. Prezidentlərin qeyd etdiyi kimi, ölkələr arasında iqtisadi əməkdaşlığı daha da inkişaf etdirərək şaxələndirmək üçün böyük potensial var".

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, əsas prioritet qeyri neft-qaz sektoru üzrə dərinləşmiş əməkdaşlığa nail olmaqdır:

"Azərbaycan ilə Slovakiya arasında illik ticarət dövriyyəsi 2025-ci ildə 42.6 milyon dollar olub. Slovakiyadan 41.9 milyon dollarlıq məhsul idxal etmişik və sözügedən ölkəyə ixracımız 700 min dollara yaxın olub. Göründüyü kimi, Slovakiya ilə ticarətin əhəmiyyətli hissəsi idxal üzərində qurulub. Slovakiya ilə Azərbaycan arasında 372 məhsul kodu üzrə ticarət əməliyyatları həyata keçirilir. Slovakiyadan idxal etdiyimiz əsas məhsullara gəldikdə isə, minik avtomobilləri, mühərrikinin həcmi 1500-3000 kub sm olan nəqliyyat vasitələri (11 milyon 500 min dollar), mühərrikinin həcmi 3000 kub sm-dən çox olan minik avtomobilləri (7 milyon 583 min dollar), mərkəzi istilik qazanları (3 milyon 673 min dollar), elektrik nəqliyyat vasitələri (2 milyon 420 min dollar), dişlərin təmizlənməsi üçün vasitələr (2 milyon 219 min dollar), kağız və kartondan hazırlanmış qatlanan yeşiklər və qutular (1 milyon 106 min dollar), porşenli daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələridir (1 milyon 34 min dollar).

Azərbaycanın Slovakiyaya ixracında diqqəti çəkən məqam iş adamlarımızın ötən il sözügedən ölkəyə 47 ədəd minik avtomobilləri, mühərrikinin həcmi 1500-3000 kub sm olan, daxili yanma mühərrikli nəqliyyat vasitələri satmasıdır. Bu məhsul üzrə ticarət məbləği 540 min dollar olub. Digər ixracatımız isə meyvə şirələri, araq və qida məhsullarıdır. Qarşılıqlı yüksək səviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı əlaqələrdə yeni səhifə açağı gözlənilir. Bunun özünü ticarət dövriyyəsində də göstərəcəyi istisna edilmir".

Son xəbərlər