Pişik sahiblərinin ən çox verdiyi sual: Qısırlaşdırmaq günahdırmı?
Son illər ev heyvanlarının, xüsusilə pişiklərin qısırlaşdırılması ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir. Bir qisim bunu heyvanların sağlamlığı və nəzarətsiz çoxalmanın qarşısının alınması üçün vacib hesab etdiyi halda, digərləri dini baxımdan bunun günah olub-olmadığını müzakirə edir.
Bəs İslam dinində pişiyin qısırlaşdırılmasına necə yanaşılır? Bu əməl zərurət olduqda caiz sayılırmı, yoxsa qadağandır?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, pişiklərlə, ümumiyətlə heyvanlarla, əsas da insanlarla bağlı məsələlər, yəni, onlara münasibət məsələsi əsas insanın vicdan məsələsidir.
İlahiyyatçının sözlərinə görə, əgər bir insan təbiətə, çevrəsinə, digər varlıqlara qarşı vicdanlıdırsa, təbii olaraq elə çevrəmizdə olan pişiklərə qarşı da öz vicdan borcunu yerinə yetirir. İslam dini baxımından məsələyə baxdıqda dinimiz heyvanlara mərhəmətlə yanaşmağı əmr edən bir dindir. Peyğəmbərimiz (s.ə.s.) buyurmuşdur ki, "Mərhəmət edənlərə Rəhman da mərhəmət edər".
Ə. Həsənov əlavə edib ki, digər səhih hədisdə isə bir qadının pişiyi ac saxladığı üçün cəzaya düçar olduğu, başqa bir şəxsin isə susuz itə su verdiyi üçün Allahın rəhmətinə nail olduğu bildirilir. Bu hədislər göstərir ki, İslamda əsas prinsip heyvanın əziyyət çəkməsinin qarşısını almaqdır.
"Pişiyin qısırlaşdırılması məsələsinə gəlincə, Qurani-Kərimdə bu barədə birbaşa hökm yoxdur. Buna görə də fiqh alimləri məsələni ümumi prinsiplər əsasında qiymətləndiriblər. Qədim və müasir İslam alimlərinin əksəriyyəti belə hesab edir ki, əgər bu əməliyyat zərurətdən irəli gəlirsə, heyvana işgəncə vermədən, baytar həkim tərəfindən və onun sağlamlığı nəzərə alınaraq aparılırsa, buna icazə verilir", — deyə o, qeyd edib.
"Bu mövzuda bəzi insanlar "Allahın yaratdığını dəyişmək olmaz" ayəsini dəlil gətirirlər. Lakin alimlər izah edirlər ki, bu ayə müalicə və ya zərurət məqsədilə edilən tibbi müdaxilələrə aid deyil. Əks halda xəstə insanın əməliyyat olunması, diş müalicəsi, sınıq sümüyün bərpası və digər tibbi müdaxilələr də qadağan sayılardı. Halbuki İslam müalicəni təşviq edir.
Hənəfi məzhəbində də zərər və daha böyük fəsadın qarşısını almaq məqsədilə bəzi müdaxilələrə icazə verilməsi prinsipi mövcuddur. Müasir dövrdə bir çox nüfuzlu fiqh şuraları və alimlər də bildirirlər ki, nəzarətsiz çoxalmanın qarşısını almaq, küçələrdə minlərlə sahibsiz pişiyin aclıqdan, xəstəlikdən və ya avtomobil altında qalaraq tələf olmasının qarşısını almaq üçün qısırlaşdırma müəyyən şərtlərlə icazəli hesab olunur", —İlahiyyatçı vurğulayıb.
Bu məsələnin baytarlıq tərəfinə də toxunan Əkrəm Həsənov deyib:
"Elmi araşdırmalar göstərir ki, düzgün vaxtda və peşəkar şəkildə aparılan qısırlaşdırma dişi pişiklərdə uşaqlıq iltihabı və bəzi şişlərin, erkək pişiklərdə isə bir sıra xəstəliklərin riskini azalda bilir. Həmçinin aqressiv davranışların, davamlı cütləşmə instinktinin və evdən qaçma hallarının da azalmasına səbəb olur. Əlbəttə, hər heyvanın vəziyyəti fərqli olduğundan qərar baytar həkimin məsləhəti ilə verilməlidir. Bu məsələdə baytarlar daha yaxşı məsləhət və bilgi verə bilərlər".
Əkrəm Həsənovun fikrincə, burada əsas sual qısırlaşdırmanın özü deyil, niyyət və məqsəddir. Əgər məqsəd heyvana əziyyət vermək, onu şikəst etmək və ya ona qarşı qəddarlıq etməkdirsə, bu İslamın ruhuna ziddir. Amma məqsəd heyvanın sağlamlığını qorumaq, nəzarətsiz çoxalmanın və sonradan balaların küçələrə atılmasının qarşısını almaqdırsa, bu, mərhəmət prinsipinə daha uyğundur.
Təəssüf ki, hər il minlərlə pişik balası dünyaya gəlir, lakin onların çoxu bir neçə həftə ərzində aclıqdan, xəstəlikdən və ya müxtəlif təhlükələrdən ölür. Mən özüm də dəfələrlə yaralı, xəstə və sahibsiz pişik balaları ilə qarşılaşmışam. Bu mənzərəni görən insan anlayır ki, məsuliyyət yalnız heyvanı sevməklə bitmir. Onun sağlamlığı, yaşayışı və gələcəyi barədə də düşünmək lazımdır. Mənim də pişiklərə yazığım gəlir, onlara baxmaq istəyirəm, ama buna uyğun da əlverişli şərait və imkan yoxdur. Mən sadəcə onları atmıram, öldürmürəm, qapıdan qovmuram, belə düşünürəm ki, onun da ruzisi gəlir. Ama hər kəs belə düşünmür, çünki, pişiklərin də insalar kimi özlərinə aid böyük problemləri olur.
İlahiyyatçı sonda qeyd:
"Əsas demək istədiyim odur ki, İslam dinində pişiyin qısırlaşdırılması mütləq haram hesab edilmir. Əgər baytar həkimin tövsiyəsi ilə, heyvanın rifahı nəzərə alınaraq və zərurət əsasında həyata keçirilirsə, əksər müasir fiqh alimlərinə görə bu əməl icazəlidir. İslamın əsas məqsədi canlılara əziyyət vermək deyil, onların hüquqlarını qorumaq, mərhəməti və məsuliyyət hissini cəmiyyətdə gücləndirməkdir. İstərdim ki, hər kəs pişiklərə qarşı sevgi ilə yanaşsınlar. Ama bu da hər kəsdən gözlənilən məsələ deyil."
Dəniz Pənahova
Median.Az