Mojo.az Banner
11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Qurban kəsilən heyvanın əti necə paylanmalıdır? - İlhaiyyatçı cavab verdi

26.05.2026 19:03 420
Qurban kəsilən heyvanın əti necə paylanmalıdır? - İlhaiyyatçı cavab verdi
Qurban bayramı İslam dünyasının ən müqəddəs bayramlarından biri hesab olunur və bu bayramın əsas ibadətlərindən biri qurban kəsməkdir.

Lakin bir çox insanı düşündürən əsas suallardan biri budur: hansı heyvanları qurban kəsmək olar və şəriət bu barədə nə deyir?

İslam qaydalarına görə qurban yalnız müəyyən heyvanlardan kəsilə bilər. Bunlar əsasən qoyun, keçi, inək, camış və dəvədir. Şəriətdə bu heyvanlara "qurbanlıq heyvanlar" deyilir. Toyuq, qaz, ördək və ya digər ev quşlarının qurban niyyəti ilə kəsilməsi isə qəbul edilmir.

Dini qaydalara əsasən, qoyun və keçi ən azı bir yaşını tamamlamalıdır. Şəriətdə qurbanlıq heyvanın sağlam olması xüsusi şərt kimi göstərilir. Kor, çox arıq, axsaq, ağır xəstə və ya qulağının, quyruğunun böyük hissəsi kəsilmiş heyvanların qurban kəsilməsi uyğun hesab edilmir. Qurbanlıq heyvan həm sağlam, həm də baxımlı olmalıdır.

Qurban Bayramın mahiyyəti, qurban ibadətinin fəlsəfəsi və diqqət edilməli dini qaydalarla bağlı ilahiyyatçı Fərid Abdullah Baku.ws-ə açıqlama verib.

İlahiyyatçının sözlərinə görə, Qurban Bayramı hicri təqvimlə Zilhiccə ayının 10-cu günündə qeyd olunur və bu bayramın əsasında İbrahim (ə) peyğəmbərin Allah yolunda böyük imtahanı dayanır:

"Rəvayətə görə, İbrahim (ə) peyğəmbər oğlu İsmayılı (ə) Allahın əmrinə itaət edərək qurban verməyə hazır olub. Lakin Allah bu itaəti qəbul edib və İsmayılın əvəzinə bir qoç göndərilib. Məhz bu hadisə qurban ənənəsinin başlanğıcı hesab olunur. Qurban Bayramı yalnız heyvan kəsməkdən ibarət deyil. Bu ibadət insanların paylaşma, yardımlaşma, mərhəmət və Allah rizasını qazanmaq kimi mənəvi dəyərlərə yaxınlaşmasını ifadə edir".

İlahiyyatçı bildirib ki, qurban kəsmək dini baxımdan iki növə bölünür: vacib və müstəhəb. Həcc ziyarəti zamanı müəyyən qurbanların kəsilməsi vacib sayılır. Bununla yanaşı, nəzir və əhd kimi hallar da vacib qurban kateqoriyasına daxildir. Adi hallarda isə imkanı olan şəxsin qurban kəsməsi təkid olunmuş müstəhəb əməl hesab edilir.

Onun sözlərinə görə, maddi imkanı olan hər bir şəxs qurban kəsə bilər: "Hətta bir ailə adından bir heyvanın qurban verilməsi də mümkündür. Bir neçə nəfərin şərikli şəkildə qurban kəsməsinə də icazə verilir.

Qurbanlıq heyvanın hansı vaxtda kəsilməsinə gəlincə, ən uyğun vaxt bayram namazından sonrakı dövr hesab olunur. Dini qaydalara görə qurbanlıq heyvan dəvə, inək və ya xırdabuynuzlu heyvanlardan biri olmalıdır. Dəvənin ən azı beş, inək və keçinin iki, qoyunun isə yeddi aylıqdan kiçik olmaması vacib sayılır.

Qurban ətinin bir hissəsinin ailə üçün saxlanılması, bir hissəsinin yaxınlara paylanması, digər hissəsinin isə ehtiyacı olan insanlara verilməsi daha savab əməl hesab olunur".

İlahiyyatçı qeyd edib ki, qadınların da qurbanlıq heyvan kəsməsində heç bir dini məhdudiyyət yoxdur. Əsas şərt qurbanın şəriət qaydalarına uyğun şəkildə icra edilməsidir. Hətta ailə başçısı qurban kəsmədiyi halda qadın özü və ailəsi adından qurban kəsə bilər.скачать dle 11.3
Mojo.az Banner