Mojo.az Banner
11:29 Azərbaycanın tanınmış rejissoru vəfat etdi  |     11:25 "Qarğıdalı" əkdi, çətənə çıxdı  |     11:24 İranda benzin iki dəfə bahalaşdı  |     11:16 Hacıqabulda AĞIR QƏZA: Ölənlər və yaralananlar var  |     23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |    
Left Banner
Right Banner

Qurban bayramında nişanlı qıza qurban göndərmək doğrudur? – İlahiyyatçıdan AÇIQLAMA

27.05.2026 17:51 891
Qurban bayramında nişanlı qıza qurban göndərmək doğrudur? – İlahiyyatçıdan AÇIQLAMA
Qurban bayramı Azərbaycanda yalnız dini mərasim kimi deyil, həm də ailə və cəmiyyət ənənələrinin mühüm hissəsi kimi dəyərləndirilir. Bir çox ailələrdə nişanlı qıza qurban payı göndərilməsi və ya ailə qurmağa hazırlaşan gənclər üçün qurban kəsilməsi uzun illərdir davam edən adətlər sırasında yer alır. Bununla yanaşı, bu ənənələrin dini baxımdan nə dərəcədə vacib olması ilə bağlı cəmiyyətdə fərqli fikirlər mövcuddur. Bəs İslam dinində nişanlı qıza qurban aparılması və bu kimi adətlərə münasibət necədir?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, Qurban bayramında kəsilən qurban sırf Allah üçündür. Yəni nəzir qurbanı, əhd qurbanı ayrı zamanda kəsilməli və ətinin də demək olar ki, hamısı kasıblara paylanmalıdır.


Onun sözlərinə görə, oğul, qız, gəlin üçün, yəni onların adından Allaha qurban kəsmək olar:

“Lakin bu qurban bayram qurbanından fərqlidir. Niyyət qurbanıdır. Bayram qurbanı ilahi məsuliyyət və mükəlləfiyyətdən doğan vacib ibadətdir. İmkanı çatan hər kəs kəsməlidir. Nişanlı qızlar üçün aparılan qurban müstəhəb qurbandır. Onu qurban bayramının qurbanı ilə qarışdırmaq olmaz. Yaxud qurban payı göndərilir ki, bu da normaldır”.

T.İrfan qeyd edib ki, Qurban bayramında yaxud digər vaxtlarda kəsilən qurbanın payını bölüşdürərkən qohumlara da təqdim olunması tövsiyələrdəndir:

“İslam dinində yalnız maddi imkanı çatan şəxslərin qurban bayramında müvafiq heyvan kəsməsi vacibdir. Bir də nəzir etdiyi qurbanı kəsməsi vacibdir, çünki boynunda haqdır, söz verdiyi üçün. Həmin qurbanları kəsərkən lazım bildirilən şəxslərə pay verməsi də təbiidir. Toy zamanı, yaxud nişanlı qız üçün kəsilən qurbanlar dinə yox, adətə əsaslanır”.скачать dle 11.3
Mojo.az Banner