Mojo.az Banner
20:54 Bu Çin maşını kəskin ucuzlaşdı  |     20:48 Azərbaycanda bu dövlət qurumları ləğv olundu  |     20:14 Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı  |     20:08 Abşeronda yüzminlərlə manatlıq mənzil mübahisəsi: Evlərini ala bilmirlər (VİDEO)  |     19:56 Aleksandr Plyuşenkonun Azərbaycan yığmasında debüt edəcəyi turnirlər açıqlandı  |     19:51 NATO "AWACS" radar təyyarələrini İsveç-Kanada istehsalı olan "GlobalEye" ilə əvəz edir  |     19:49 Paşinyan İrana gedir  |     19:38 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     19:32 Sabiq idarə rəisi 600 minlik mənimsəmədə ittiham olunur  |     19:31 "Qəbələ" milli komandamızın qolkiperi barədə qərar verdi  |     18:52 Qazaxda yeniyetmə çayda batıb  |     18:49 Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur  |     18:37 Sabunçuda ağır QƏZA: Ölən və yaralanan var  |     18:21 "Qəbələ" milli komandamızın qolkiperi barədə qərar verdi  |     18:09 Nazirin müavinlərinin sayı artırıldı (FƏRMAN)  |     17:58 Namizəd Səfərovun məhkəməsi oldu  |     17:49 Bakıda nəvəsi az bal toplayan qayınata gəlininə xəsarət yetirdi  |     17:39 Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu  |     17:26 Bakıda 10 marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirildi  |     17:14 10 aptekdə nöqsanlar aşkarlandı  |    
Left Banner
Right Banner

Məhərrəmlikdə toy etmək olarmı? – İlahiyyatçı

02.07.2026 14:59 693
Məhərrəmlikdə toy etmək olarmı? – İlahiyyatçı
Məhərrəm ayının başlaması ilə birlikdə cəmiyyətdə müxtəlif dini inanclar və adətlər yenidən gündəmə gəlir. Xüsusilə "Məhərrəmlikdə saç kəsdirmək olmaz", "saqqal qırxmaq günahdır", "toy etmək, musiqiyə qulaq asmaq və ya şənlik keçirmək olmaz" kimi fikirlər tez-tez səsləndirilir. Bir çox insan bu qadağaların dini hökm olduğunu düşünsə də, digərləri bunların daha çox xalq arasında formalaşmış adətlər olduğunu bildirir.

Bəs İslam dinində bu məsələlərə münasibət necədir? Hansı əməllər həqiqətən dini baxımdan qadağandır, hansıları isə yanlış təsəvvür və ya ənənədən qaynaqlanır?

Mövzu ilə bağlı Median.Az-ın suallarını cavablandıran ilahiyyatçı Əkrəm Həsənov bildirib:
"Məhərrəm ayının Quranda haram hesab edilməsi məsələsi bəzi yanlış siyasi ideoloji məzhəblərdə belə anlaşılır ki, guya bu ayda toy eləmək, şənlənmək, ailə qurmaq, evlənmək, yuyunmaq, saç kəsdirmək, qadınların bəzənməsi və.s. kimi hallar eləmək olmaz".

İlahiyyatçı açıqlayıb ki, şüuru olan insan dərk edir ki, bunu belə başa düşmək cəfəngiyatdır. İran-fars molla rejimi əsrlərlə bu yanlış ideologiya ilə bizim xalqımızı yükləyib və belə yanlış qorxu üzərində qurulan anlayış tətbiq ediblər. Halbuki islam dini belə yanlış inancları qəbul eləmir".

"İslamda üç gündən artıq yas saxlamaq yoxdur, islamda hər gün özünü təmiz saxlamalısan, islamda hər zaman evlənmək vacib buyurulur. Şənlənmək, gününü xoş keçirmək, hər gününü sonuncu gün kimi yaşamaq islamın əsas prinsipidir. Yəni, sən daima hər gününü xoş keçirməlisən. İslam yas dini deyil. İslamda yalnız yası üç günə məhdudlaşdırıblar ki, vəfat edən insanın yaxınlarına bu üç gün ərzində baş sağlığı verilsin. Çünki, gec eşidən, uzaq yerlərdən gələnlər ola bilər. İslamda əsrlər boyu yas saxlamaq adəti yoxdur. İslam yas dini deyil. Bunu hələ də cəmiyyət anlamaq istəmir", — deyə Ə. Həsənov əlavə edib.

İlahiyyatçı hesab edir ki, Məhərrəm ayı ilə bağlı cəmiyyətimizdə ən çox qarışdırılan məsələ dinlə adətin bir-birinə qarışdırılmasıdır. İllər keçdikcə bəzi bölgələrdə formalaşmış adətlər elə təqdim olunub ki, sanki bunlar Allahın hökmüdür. Halbuki İslam dinində hər hansı bir əməli haram və ya vacib hesab etmək üçün hökmən Qurandan və ya Peyğəmbərin (ona və ailəsinə salam olsun) səhih sünnəsindən açıq dəlil olmalıdır. Dəlil olmayan yerdə insanın şəxsi fikri və ya yüz illərlə davam edən adət dini hökm sayıla bilməz.

Əkrəm Həsənov qeyd edib ki, Məhərrəm İslam təqviminin ilk ayıdır və Qurani Kərimdə zikr edilən dörd haram aydan biridir. Allah Təala buyurur:
Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Onlardan dördü haram aylardır. Doğru din budur. Elə isə həmin aylarda özünüzə zülm etməyin.
Tövbə surəsi, 36
Diqqət etsək, Allah burada saç kəsdirməkdən, saqqal qırxmaqdan, toy etməkdən və ya gündəlik həyatın dayanmasından danışmır. Allah insanı günahlardan çəkinməyə çağırır. Yəni bu ayın hörməti ilk növbədə insanın davranışında, əxlaqında və Allaha itaətində görünməlidir.
Təəssüf ki, bəzən bunun əksi ilə rastlaşırıq. İnsan ilboyu qeybət edir, yalan danışır, haram qazanc əldə edir, haqq yeyir, amma Məhərrəm ayında saçını kəsdirmədiyi üçün elə bilir ki, dini vəzifəsini yerinə yetirib. Halbuki Qurani Kərimdə və Peyğəmbərin (ona və ailəsinə salam olsun) hədislərində belə bir meyar yoxdur.

"Bu gün ən çox verilən suallardan biri budur ki, Məhərrəmlikdə saç kəsdirmək olarmı?
Bunun qısa və aydın cavabı budur ki, bəli, olar. Çünki bunu qadağan edən nə bir Quran ayəsi var, nə də səhih hədis. Eyni söz saqqal qırxmaq, dırnaq tutmaq, ev tikmək, ev almaq, yeni işə başlamaq, toy etmək və digər halal işlər üçün də keçərlidir. Bunların haram olduğunu söyləmək dini baxımdan düzgün deyil.
Qurani Kərim bu məsələdə çox ciddi prinsip müəyyən edib: De: Allahın Öz bəndələri üçün yaratdığı zinəti və halal ruziləri kim haram etmişdir?
Əraf surəsi, 32
Başqa bir ayədə isə buyurulur: Dilinizin uydurduğu yalana əsasən bu halaldır, bu haramdır deməyin.
Nəhl surəsi, 116
Bu ayələr əslində hər bir din adamı üçün də ciddi məsuliyyətdir", — deyə ilahiyyatçı vurğulayıb.

"Allahın demədiyini Allahın adına demək çox ağır məsuliyyətdir. Dinə ən böyük zərbələrdən biri də məhz buradan başlayır.
Bəzən insanlar deyirlər ki, Məhərrəm matəm ayıdır, buna görə toy etmək olmaz, musiqi dinləmək olmaz, sevinmək olmaz. Burada bir məsələni düzgün başa düşmək lazımdır. Kərbəla hadisəsi İslam tarixinin ən ağrılı hadisələrindən biridir. Həzrət Hüseynin şəhid edilməsi hər bir vicdanlı müsəlmanı kədərləndirir. Ancaq bu faciəyə olan hörmət başqa, Allahın halal buyurduğu şeyləri haram hesab etmək isə tamam başqa məsələdir.
Peyğəmbər (ona və ailəsinə salam olsun) öz həyatı boyunca insanlara heç vaxt Məhərrəm ayında toy etməyi qadağan etməyib. Nə Həzrət Əli, nə İmam Həsən, nə də İmam Hüseyn belə bir qadağa qoymayıblar. Əgər bu, din olsaydı, ilk növbədə onlar buna əməl edər və ümmətə də öyrədərdilər".

Mən hesab edirəm ki, İmam Hüseynə sevginin ən gözəl ifadəsi onun uğrunda şəhid olduğu dəyərləri yaşatmaqdır. O, hakimiyyət uğrunda deyil, haqq, ədalət, vicdan və dinin təhrif olunmaması uğrunda şəhid oldu. Əgər biz bu gün yalan danışırıq, rüşvət alırıq, insan haqlarını pozuruq, sonra isə yalnız Məhərrəmdə müəyyən zahiri adətlərə əməl etməklə özümüzü təsəlli edirik, bu, Kərbəlanın ruhunu anlamaq deyil.
Təəssüf doğuran hallardan biri də bəzi insanların din adına özlərinə xəsarət yetirməsidir. Halbuki Qurani Kərim buyurur: Öz əllərinizlə özünüzü təhlükəyə atmayın.

Bəqərə surəsi, 195
Başqa ayədə isə Allah buyurur: Özünüzü öldürməyin. Həqiqətən Allah sizə qarşı mərhəmətlidir.
Nisa surəsi, 29

Peyğəmbər (ona və ailəsinə salam olsun) isə üzə vurmağı, yaxa cırmağı, cahiliyyət dövrünün fəryad və naləsini qadağan etmişdir. Bu hədis həm Buxaridə, həm də Müslimdə yer alır. Deməli, insanın öz bədəninə xəsarət yetirməsini ibadət kimi təqdim etmək İslamın əsas prinsipləri ilə uyğun gəlmir.

Bu gün artıq sosial elmlər də göstərir ki, dini davranışların əhəmiyyətli hissəsi ailədən və cəmiyyətdən öyrənilir. Bir çox insanlar uşaqlıqdan gördükləri adətləri din hesab edirlər. Halbuki dini bilik yalnız irs yolu ilə deyil, mənbələr əsasında öyrənilməlidir. Məhz buna görə maariflənmə çox vacibdir.

İslam alimləri əsrlər boyu vurğulayıblar ki, ibadətlər və dini hökmlər yalnız səhih dəlillərlə müəyyən olunur. İmam Malikin çox məşhur bir fikri var. O deyirdi ki, bu ümmətin əvvəli hansı yolla islah olubsa, sonu da yalnız həmin yolla islah ola bilər. Yəni Quran və səhih sünnə ilə.
Bu gün bizim ən böyük ehtiyacımız da budur. Dini adətlərdən ayırmaq, xurafatı dindən təmizləmək və insanlara Allahın dinini olduğu kimi çatdırmaq. Çünki din insanların həyatını çətinləşdirmək üçün deyil, asanlaşdırmaq üçün göndərilib. Peyğəmbər (ona və ailəsinə salam olsun) buyururdu ki, asanlaşdırın, çətinləşdirməyin.

Ona görə də Məhərrəm ayında ən vacib məsələ saçın uzun olması deyil, vicdanın oyaq olmasıdır. Ən böyük matəm haqqın tapdalanmasıdır. Ən böyük ehtiram isə Allahın əmrlərinə əməl etmək, haramlardan çəkinmək, insanlara zülm etməmək, doğruluğu, mərhəməti və ədaləti yaşatmaqdır. Əgər Məhərrəm ayı bizdə bu dəyişiklikləri yaradırsa, deməli, onun ruhunu anlamışıq. Yox əgər yalnız dəlili olmayan qadağalarla kifayətləniriksə, onda dini deyil, yanlıs bir adəti yaşatmış oluruq.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner