Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Seutada miqrant axınına qarşı dənizdə yeni maneələr quraşdırılır

01.08.2026 18:20 570
Seutada miqrant axınına qarşı dənizdə yeni maneələr quraşdırılır
Artan qeyri-qanuni miqrasiya fonunda İspaniya hökuməti Seutada yerləşən körpü ərazisində əlavə maneələr quraşdırmağa başlayıb.

Bu məlumatı "Europa Press" agentliyi İspaniya hökumətinin bəyanatına əsaslanaraq yayıb.

Bildirilib ki, yerli vaxtla saat 07:50-də (Bakı vaxtı ilə 09:50) Seutadakı Tarajal körpüsünün ətrafında maneə sistemlərinin qurulmasına start verilib.

500 metr uzunluğa malik hava ilə doldurulmuş maneənin suüstü hündürlüyü 30-70 santimetr, sualtı dərinliyi isə bir metrə çatır. Həmçinin Mülki Qvardiya qayıqlarının sərhəd nəzarətini həyata keçirə bilməsi üçün maneə hissələri arasında xüsusi keçidlər saxlanılıb.

Agentliyin məlumatında vurğulanır ki, gecə saatlarında miqrantların əraziyə daxil olması tam olaraq dayandırılıb, Mərakeşə qayıdış prosesi isə heç bir ciddi insident qeydə alınmadan davam etdirilib.

Qeyd edək ki, cümə günü Seutanın rəhbəri Xuan Xesus Vivas son 24 saat ərzində Mərakeşdən şəhərə 60 minə yaxın insanın keçdiyini bəyan etmişdi. RTVE kanalının İspaniya Daxili İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, artıq 48 300-dən çox qeyri-qanuni miqrant yenidən Mərakeşə geri qaytarılıb.

Son xəbərlər