Mojo.az Banner
20:08 155 nəqliyyat vasitəsi hərracda satıldı  |     20:02 Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!  |     19:55 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:50 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı  |     19:42 Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş - FOTO  |     19:37 Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO  |     19:30 Birinci Qarabağ müharibəsi veteranı dünyasını dəyişdi  |     19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |     18:11 İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi  |     18:07 Gəncədə 26 yaşlı kişini küçədə bıçaqladılar  |     18:06 İsrail prezidenti Azərbaycana səfərə gəldi - Foto  |     18:04 Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi  |     17:53 Şavkat Mirziyoyev Bakıya yola düşüb  |     17:29 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı  |     17:28 İstanbuldan Bakıya minlərlə dərmanı qanunsuz gətirmək istədi  |    
Mojo.az Avto
Mojo.az Avto

Texasdan 102 min miqrant başqa ştatlara aparılıb

27.01.2024 20:19 3 516
Texasdan 102 min miqrant başqa ştatlara aparılıb
ABŞ-da Texas ştatının hakimiyyəti qeyri-qanuni miqrantların öz ərazilərindən köçürülməsi proqramının bir hissəsi olaraq 102 mindən çox insanı Amerikanın digər ştatlarına daşıyıb.

Bu barədə Texas qubernatoru Qreq Ebbotun ofisi məlumat yayıb.

Belə ki, 2022-ci il ərzində Vaşinqtona 12,5 mindən çox, Nyu-Yorka 37,5 mindən çox, Çikaqoya 31,2 min, Denver şəhərinə 16 min, Filadelfiyaya 3,4 min və Los-Ancelesə 1,5 min miqrant aparılıb. Ümumilikdə isə Texası 102,1 min qanunsuz miqrant tərk edib.

Qeyd edək ki, miqrant problemi ABŞ administrasiyası ilə Texas hakimiyyəti arasında qalmaqala səbəb olub.

Nəticədə Ağ Ev rəhbəri Co Bayden Texas hakimiyyətinə ABŞ Ali Məhkəməsinin qərarına əməl etmək və Milli Qvardiya qüvvələrinin federal hökumətə yerləşdirildiyi sərhəd patrul postlarını təhvil vermək üçün 24 saat vaxt verib. Bu ultimatum bitdikdən sonra nə baş verəcəyi hələlik məlum deyil.

Texas Vaşinqtonun sərhədlərin bağlanmasına son qoymaq tələblərinə və təmas zonasına nəzarəti təhvil vermək ultimatumuna baxmayaraq, Meksika ilə sərhədində əlavə tikanlı məftillər çəkməyə başlayıb.скачать dle 11.3
Mojo.az Banner