Mojo.az Banner
23:02 Milyonlarla kəpənək hər il eyni meşələrə uçur: Sirri hələ də açılmayıb  |     22:57 Bu ilin əvvəlindən 900-dən çox uşağa ananın soyadı verilib  |     22:49 Azərbaycanda indiyədək hansı universitetlər bağlanıb? (SİYAHI)  |     22:44 Beyləqanda ağır qəza - Ata öldü, oğul yaralandı (Yenilənib)  |     22:28 Bir sutkaya 50 min miqrant - İspaniyada son vəziyyət  |     22:20 “Kim milyonçu olmaq istəyir?”də - 1 milyon dollar qazandı - Video  |     22:14 “Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə  |     22:06 Bir sıra küçə və yollarda hərəkət məhdudlaşdırılacaq  |     22:00 Azərbaycanda bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir  |     21:53 "Arzum 40 dəqiqə hadisə yerində olub" - Tiktokerin məhkəməsində şahid danışdı  |     21:48 Polis itkin düşmüş kimi axtarılan 10 nəfəri tapdı  |     21:40 İqnatsio Kassis Azərbaycana gələcək  |     21:35 Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən var  |     21:26 Şəmkirdə 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     21:21 Azərbaycanda inflyasiya nə qədər olacaq? - Proqnoz artırıldı  |     21:15 Fasadı uçulub tökülən körpü təhlükə saçır - VİDEO  |     21:06 Texnologiya bazarında yeni böhran: Yaddaş çipləri niyə çatışmır?  |     20:57 Mənzil təmiri adı ilə 574 min manatlıq dələduzluq (TƏFƏRRÜAT)  |     20:44 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib  |     20:25 "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi  |    
Left Banner
Right Banner

Milyonlarla kəpənək hər il eyni meşələrə uçur: Sirri hələ də açılmayıb

31.07.2026 23:02 135
Milyonlarla kəpənək hər il eyni meşələrə uçur: Sirri hələ də açılmayıb
Hər payız milyonlarla monarx kəpənəyi Kanadanın cənubu və ABŞ-nin şimalından təxminən 3 min kilometrlik məsafə qət edərək qışı Meksikanın mərkəzindəki sərin küknar meşələrində keçirir.

Qaynarinfo xəbər verir ki, AS.com-un yazdığına görə, bu möhtəşəm təbiət hadisəsinin arxasında dövlət mühafizəsi, elmi araşdırmalar və ekoloji bərpa ilə bağlı uzun bir tarix dayanır. Məhz bunun sayəsində Mexiko şəhərinin qərbində yerləşən meşələr UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş təbiət qoruğuna çevrilib.

Monarx kəpənəklərinin qışlama ərazilərinin qorunması ilə bağlı ilk federal qərarlar 1980-ci ildə qəbul olunub. Həmin vaxt qış mövsümündə bir milyondan çox kəpənəyin toplandığı meşələr mühafizə altına alınıb. Bu addım nəzarətsiz meşə qırıntılarının qarşısını almağa və sonradan Monarx kəpənəkləri biosfer qoruğunun yaradılmasına zəmin yaradıb.

Qoruq Mexikodan təxminən 80 kilometr şimal-qərbdə yerləşir və 56 min hektardan çox ərazini əhatə edir. Dağlıq və sıx meşələrlə örtülü bu bölgədə müxtəlif yüksəkliklər çoxsaylı mikroiqlimlər formalaşdırır. Bu isə yalnız həmin əraziyə xas olan nadir bitki və heyvan növlərinin yaşamasına imkan verir.

Hər payız Şimali Amerikanın müxtəlif bölgələrindən milyonlarla, bəzi illərdə isə hətta milyardlarla monarx kəpənəyi qoruğun kiçik meşə massivlərində toplaşır. Onların parlaq narıncı qanadları ağacları o qədər sıx örtür ki, dağ yamacları rəngini dəyişmiş kimi görünür. Kəpənəklərin ümumi çəkisi bəzi hallarda ağac budaqlarının əyilməsinə belə səbəb olur.

Yazın gəlişi ilə monarx kəpənəkləri yenidən şimala doğru köç etməyə başlayırlar. Növbəti səkkiz ay ərzində bu miqrasiya dörd ardıcıl nəsil vasitəsilə davam edir və kəpənəklər ABŞ ilə Kanadanın şərq hissələrinə yayılır.

Onilliklərdir aparılan elmi araşdırmalara baxmayaraq, bir sual hələ də cavabsız qalır: hər yeni nəsil öz əcdadlarının qışladığı Meksikanın mərkəzindəki eyni meşələri necə tapır?скачать dle 11.3
Mojo.az Banner