Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Pir Hüseyn Xanəgahı" və Zaqatala Tarix-Mədəniyyət Qoruqlarının əsasnamələri təsdiqlənib

24.04.2025 16:18 678
"Pir Hüseyn Xanəgahı" Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun əsasnamələri təsdiq edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda qeyd olunub ki, "Pir Hüseyn Xanəgahı" Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən tarixi və mədəni irsə aid elementlərin, daşınar və daşınmaz abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsini, təbliğini, məqsədyönlü istifadəsini, qorunub saxlanılmasını və inkişafını təmin edən elmi tədqiqat müəssisəsi statusuna malik dövlət təşkilatıdır.

Qoruq Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Qoruğun ərazisində yerləşən abidələrin, təbiət və landşaftın təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədilə nazirliyin təklifi əsasında Nazirlər Kabineti tərəfindən Qoruğun sərhədləri və mühafizə zonası təsdiq edilir.

Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələri, torpaq, su, yerin təki, bitkilər və heyvanat aləmi mövcud qanunvericiliyə əsasən meşə fonduna aid ərazilərdə meşə mühafizəsi və bərpası, eləcə də meliorasiya və su təsərrüfatı obyektlərinin və onların mühafizəsinə aid ərazilərdə aparılan meliorasiya və irriqasiya tədbirləri istisna olmaqla təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılır və qoruğun daimi istifadəsinə verilir.

Baş nazir Əli Əsədovun qərarı ilə "Pir Hüseyn Xanəgahı" Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonalarını əks etdirən xəritələr təsdiq edilib.

Son xəbərlər