Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

İşğaldan azad edilmiş xüsusi mühafizə olunan ərazilərdə hesablama aparılacaq - RƏSMİ

11.01.2021 14:08 951
İşğaldan azad edilmiş xüsusi mühafizə olunan ərazilərdə hesablama aparılacaq - RƏSMİ
11 yanvar – Dünya Qoruqlar və Milli Parklar günüdür. Bu tarixin xüsusi mühafizə olunan təbiət ərazilərinə həsr edilməsi təsadüfi deyil. 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən qeyd olunur.

Azərbaycanda da ölkənin nadir təbiətinin qorunması məsələlərinə böyük diqqət yetirilir.

Respublikamızda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektara bərabərdir.

Ekologiya və Təbii sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Oxu.Az-a açıqlamasında bildirib ki, ölkəmizdə ərtaf mühitin mühafizəsi sahəsində prioritet istiqamətlərdən biri zəngin biomüxtəlifliyin, nadir təbiət obyektlərinin qorunması və gələcək nəsillərə çatdırılmasıdır:

“Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına 1910-cu ildən başlanılıb. 3500 hektar sahədə yaradılmış Eldar şamı Botaniki Yasaqlığı Azərbaycanın, eləcə də, Cənubi Qafqazın ilk xüsusi mühafizə olunan təbiət ərazisi hesab edilir.

İlk qoruq 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğu, ilk milli park isə 2003-cu ildə yaradılmış H.Əliyev adına Zəngəzur Milli Parkıdır. 2018-ci ildə yaradılan ən sonuncu milli park isə 100 hektaradək ərazini əhatə edən Qızılağac Milli Parkıdır”.

A.Səmədova qeyd edib ki, sentyabrda Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən yaradılan park xüsusi mühafizə olunan ərazilərin hər biri öz unikallığı və ekosisteminin unikallığı ilə bir-birindən fərqlənir.

“Qeyd etməliyəm ki, azad edilmiş torpaqlarda dövlət təbiət qoruqları və yasaqlıqlar olub.Həmin ərazilərdə ilkin qiymətləndirmə işlərinə başlanıb. 30 ilə yaxın müddətdə Qaragöl və Bəsitçay Dövlət Təbiət Qoruqlarının ərazisi talan olunub.

Bəsitçay Dövlət Təbiət Qoruğu Avropada unikal meşə sayılan 100 hektarlıq təbii çinar meşəliyinin əksər hissəsi məhv edilib. Ölkə rəhbərliyinin tapşırığı ilə həmin ərazilərdə monitorinq aparılacaq, dəymiş ziyan hesablanacaq, qoruqlar, yasaqlıqlar yenidən qurulacaq, bərpa olunacaq”, - deyə nazirlik rəsmisi qeyd edib.скачать dle 11.3

Son xəbərlər