Mojo.az — elanlar
Son Xəbərlər
21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |     19:42 Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm  |     19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

NDU-nun keçmiş şöbə müdiri tenderə görə 4 min manat alıb (TƏFƏRRÜAT)

30.07.2026 22:21 390
NDU-nun keçmiş şöbə müdiri tenderə görə 4 min manat alıb (TƏFƏRRÜAT)
Naxçıvan Dövlət Universitetinin (NDU) Satınalma və Təchizat Bölməsinin müdiri vəzifəsində çalışmış Ziya Kərim-Zadə barəsində cinayət işi üzrə məhkəmə hökm çıxarıb.

Qaynarinfo xəbər verir ki, o, vəzifə səlahiyyətlərindən istifadə edərək tender komissiyasının qərarına təsir etmək müqabilində pul almaqda təqsirli bilinib.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, hadisə NDU "Cambridge School” Beynəlxalq Məktəbinin tədris binasında aparılması nəzərdə tutulan cari təmir işlərinin satın alınması prosesi ilə bağlı olub.

İttihama əsasən, həmin dövrdə NDU-nun Satınalma və Təchizat Bölməsinin müdiri olan Ziya Kərim-Zadə öz qulluq mövqeyindən və həqiqi təsir imkanlarından istifadə edərək sözügedən təmir işlərinin şirkətlərdən birinə verilməsi üçün tender komissiyasının qərarına təsir edə biləcəyini bildirib.

Məhkəmə materiallarında göstərilib ki, bunun müqabilində həmin şirkətlərdən birinin rəhbərindən 4 min manat pul istəyən Ziya Kərim-Zadə vəsaiti bank kartına köçürmə yolu ilə alıb.

İttiham aktına əsasən, pul vəsaiti 2024-cü ilin sentyabr ayında Naxçıvan şəhərində yerləşən "Böyük Bağ” parkındakı çayxanada razılaşdırıldıqdan sonra Ziya Kərim-Zadənin bank kartına "M10” pulköçürmə sistemi vasitəsilə göndərilib. Daha sonra həmin vəsaitin bankomatlardan çıxarılaraq şəxsi ehtiyaclara sərf edildiyi bildirilib.

Ziya Kərim-Zadə 2024-cü ildə NDU-nun Satınalma və Təchizat Bölməsinin müdiri vəzifəsinə təyin edilib və 2025-ci ilədək həmin vəzifədə çalışıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs istintaq zamanı ifadə verdiyini, hazırda əlavə açıqlama vermək istəmədiyini bildirib. O, əməlindən peşman olduğunu qeyd edərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edib.

Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə Ziya Kərim-Zadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (nüfuz alveri) ilə təqsirli bilinib. Məhkəmənin qərarı ilə ona 6500 manat məbləğində cərimə cəzası təyin edilib.

Son xəbərlər