Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

9 illik azadlıqdan məhrum edilən şöbə rəisi Elşən Quliyevə cüzi güzəşt edildi

28.03.2025 11:58 921
9 illik azadlıqdan məhrum edilən şöbə rəisi Elşən Quliyevə cüzi güzəşt edildi
Ədliyyə Nazirliyinin külli miqdarda rüşvət alma və nüfuz alveri cinayətləri ilə 9 il həbsə məhkum edilmiş sabiq şöbə rəisi Elşən Quliyevin hökmü dəyişdirilib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsi müdafiə tərəfinin şikayəti əsasında belə qərar qəbul edib.

E.Quliyev Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Yevlax rayon Qeydiyyat şöbəsinin rəisi işləyib. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda rüşvət almaqda və nüfuz alverində təqsirli bilinmişdi.

Yeni qərarla ona cüzi güzəşt edilib. E.Quliyevin cəzası 9 ildən 8 il 6 aya endirilib.

Qeyd edək ki, keçmiş ədliyyə işçisi ayrı-ayrı şəxslərin ad və soyadını dəyişdirilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi müqabilində 4 min manat rüşvət alıb. Bundan başqa o, həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək barəsində ibtidai istintaq aparılan təqsirləndirilən şəxsin digər dövlət qurumları tərəfindən ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi müqabilində 8 min manat almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir edib.скачать dle 11.3
Mojo.az Banner