Mojo.az Banner
23:00 “Turan Tovuz” “Kəpəz”ə qalib gəldi  |     22:53 Biz Azərbaycanla sülhün əldə olunmasına çox yaxınıq - Paşinyan  |     22:48 Ramiz Mehdiyevin köməkçisi həbsdə qaldı  |     22:41 Sabahdan musiqi müəllimlərinin attestasiyasına başlanır  |     22:36 Türkiyənin tanınmış futbol şərhçisinə qarşı istintaq başladıldı  |     22:30 "Bilinmir ki, qəbiristanlıq hansı qurum tərəfindən idarə olunur" - Deputat  |     22:24 Bələdiyyələrin qanunsuz torpaq sahələrini mülkiyyətə verməsi halları müəyyənləşib  |     22:17 Ana iki övladını 5-ci mərtəbədən atdı - Qazaxıstanda  |     22:09 Reklam qaydalarının pozulması ilə bağlı 20 inzibati xəta aşkarlanıb  |     22:03 Azərbaycanda qeydiyyatda olan 11 mindən çox QİÇS xəstəsi var  |     21:56 Amnistiya aktı indiyədək 15 mindən çox şəxsə şamil edilib  |     21:50 Ağcabədidə 19 bıçaq zərbəsi vurulan azyaşlının son durumu açıqlandı  |     21:38 Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək  |     21:27 İş adamı Vüqar Yusifov Azərbaycana gəlmək istəyərkən Rusiyada saxlanıldı  |     21:17 Əli Kərimlinin həbs müddəti uzadıldı  |     21:11 Fəzail Ağamalı vəfat etdi  |     21:04 "SS Butik"in satıcısından dələduzluq: Mağazaya şərik edəcəyini dedi...  |     20:58 Dövlət qurumunun binasında oğurluq - 5,8 minlik ziyan  |     20:51 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     20:46 Nəcməddin Sadıkovun müavini olmuş general məhkəməyə verildi  |    
Left Banner
Right Banner

Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsi məhkəmə zalında həbs edildi

22.01.2025 12:31 606
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsi məhkəmə zalında həbs edildi
Gəncə Apellyasiya Məhkəməsində Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin rüşvətalmada təqsirləndirilən sabiq rəisi Azər Rəcəbov, həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti və apellyasiya protesti qismən təmin olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, Azər Rəcəbovun 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 10 ilə və Ələkbər Əliyev isə 3 il 6 ay cəzası 3 il 3 aya endirilib. Barəsində şərti cəza verilmiş Seymur Səfərov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalında dərhal həbs olunub.

İttihama görə, Azər Rəcəbov digərləri ilə əlbir olaraq ümumilikdə 125 min manat dələduzluq və rüşvət alıb. Həmin şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıblar.

Aparılan əməliyyat-istintaq tədbirləri ilə Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Azər Rəcəbovun həmin idarənin İnsan resursları şöbəsinin keçmiş rəisi Ələkbər Əliyev və məsləhətçisi olmuş Seymur Səfərovla qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq, yəni ayrı-ayrı şəxslərdən vəzifəyə təyin edilmələri, vəzifədə qalmaqla fəaliyyətini davam etdirmələri, eləcə də idarənin balansında olan klubların ixtisar edilməməsi müqabilində 2021-ci ilin dekabr ayından başlamaqla ayrı-ayrı şəxslərdən 102 min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Rəcəbov 10 il 6 ay, Ələkbər Əliyev 3 il 6 ay azadlıqdan məhrum edilmişdi. Seymur Səfərova isə şərti cəza verilmişdi. Seymur Səfərov barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında azad olunmuşdu.скачать dle 11.3