Mojo.az Banner
11:34 Azərbaycanda bəzi tələbə və şagirdlərə sığorta PULU ÖDƏNİLƏCƏK  |     11:32 Yaxın Şərqdəki gərginlik fonunda NEFT BAHALAŞDI  |     11:25 Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapıldı  |     11:25 Azərbaycan nefti BAHALAŞDI  |     23:03 Şağanda otluq sahədəki yanğın söndürüldü  |     22:58 Əminə Ərdoğanın əlini öpmək istəyən Makron pis vəziyyətdə qaldı - VİDEO  |     22:52 14 il əvvəlki qətl: Cinayət işi üzrə istintaq tamamlandı  |     22:47 Yunanıstan Azərbaycandan neft idxalını artırdı  |     22:39 Dələduzluq edən altı nəfər saxlanıldı  |     22:33 Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO  |     22:28 Arayikgilin növbəti apellyasiya məhkəməsi oldu  |     22:21 Bakıda marketdən 5 min manatlıq oğurluq edilib  |     22:16 DTX-nin Akademiyasında növbəti məzun buraxılışı oldu (VİDEO)  |     22:10 Sosial şəbəkələrdə satılan məhsullarda təhlükəli maddə aşkarlandı - RƏSMİ AÇIQLAMA - FOTO  |     22:02 Sabirabadda 54 yaşlı kişinin güllələnmiş meyiti tapıldı  |     21:54 "Qarabağ" yeni formalarını təqdim etdi - VİDEO  |     21:49 Gəncədə qanlı hadisə: 17 yaşlı oğlan çənəsindən bıçaqlandı  |     21:41 Dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alındı  |     21:35 Qaqik Tsarukyan iki ay müddətinə həbs edildi  |     21:30 "Sabah" TNS-lə görüşdə hesabı açdı - CANLI  |    
Left Banner
Right Banner

Nüfuz alverində ittiham olunan keçmiş vəkil cinayət məsuliyyətindən azad edilib

01.04.2025 19:50 1 659
Nüfuz alverində ittiham olunan keçmiş vəkil cinayət məsuliyyətindən azad edilib
Nüfuz alverində təqsirləndirilən Vəkillər Kollegiyasının sabiq üzvü Babək Vahid oğlu Rzayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində onun şikayəti üzrə qərar verilib.

Qərara əsasən, Babək Rzayev zərərçəkmiş şəxslərlə barışıb dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilib, onun barəsində başlanılan iş üzrə icraata xitam verilib.

Həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə iclas zalında həbsdən azad edilib.

Qeyd edək ki, Babək Rzayev Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi.

İttihama görə, Babək Rzayev Naxçıvan Muxtar Respublikası ərazisində müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirib.

O, 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədən kənar pulu tələb edərək almaqda təqsirləndirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 25.09.2024-cü il tarixli qərarı ilə Babək Rzayevin fəaliyyəti dayandırılmaqla Kollegiya üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib.скачать dle 11.3
Mojo.az Banner