Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı

30.07.2026 21:41 399
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
Rusiya hökuməti 1 avqust 2026-cı ildən 31 yanvar 2027-ci ilədək benzin, dizel, gəmi yanacağı və qazoylun ixracına müvəqqəti qadağa qoyub.

Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

İmzalanmış sənədə əsasən, sentyabrın 1-dən etibarən məhdudiyyətlər birbaşa istehsalçılar tərəfindən ixrac olunan dizel və gəmi yanacağına, eləcə də qazoyla şamil edilməyəcək.

Bundan əlavə, beynəlxalq hökumətlərarası sazişlər çərçivəsində və humanitar yardım məqsədilə yanacağın ixracına da icazə veriləcək.

Qeyd olunub ki, hakimiyyət orqanları daxili bazarda sabitliyi qorumaq məqsədilə daha əvvəl də yanacaq ixracına məhdudiyyətlər tətbiq etmişdi. Neft emalı zavodlarına endirilən zərbələr və topdansatış qiymətlərinin kəskin artması fonunda benzin ixracına qadağa ilk dəfə 2025-ci ildə tətbiq olunmuşdu.

2026-cı ilin yanvar ayının sonunda hökumət birbaşa istehsalçılar üçün benzin ixracına qoyulan qadağanı ləğv etsə də, digər ixracatçılar üçün həmin məhdudiyyət qüvvədə saxlanılmışdı.

Aprel ayından etibarən Rusiyada benzinin ixracına tətbiq edilən və müddəti iyulun 31-də başa çatmalı olan qadağa qüvvədədir. Bundan başqa, iyunun 1-dən aviasiya kerosininin, iyulun 8-dən isə dizel yanacağının ixracına da məhdudiyyətlər tətbiq edilib.

Son xəbərlər