Mojo.az — elanlar
RU
Son Xəbərlər
21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |     20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya dizel yanacağının ixracına qadağa qoydu

08.07.2026 21:31 399
Rusiya dizel yanacağının ixracına qadağa qoydu
Rusiya hökuməti daxili bazara tədarükü artırmaq üçün dizel yanacağının ixracına qadağa qoyub.

Median.Az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak Vladimir Putinin hökumətlə keçirdiyi iclasda bildirib.

"Bu gün dizel yanacağının ixracına qadağa qoyduq və bu, daxili bazara tədarükün həcmini artırmağa imkan verəcək. İyulda, həmçinin neft məhsullarının idxalına başlayırıq. Daxili bazarda tələbatı ödəmək üçün daha aşağı ekoloji sinfə aid neft məhsulları hesabına əlavə istehsal həcmlərini artırırıq. Neft məhsullarının və qatqıların idxalına sıfır gömrük rüsumunun tətbiqi müddətini daha bir il uzatdıq", - deyə Novak qeyd edib.

Aprel ayında Rusiya hökuməti benzinin ixracına embarqo tətbiq edib və bu qadağa iyulun sonuna qədər qüvvədədir.

Həmçinin 2026-cı il iyunun 1-dən noyabrın 30-dək Rusiyadan aviasiya kerosininin ixracına müvəqqəti qadağa qoyulub.//oxu.az

Son xəbərlər