Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Moskvada rusiyalı milyarder həbs edildi

30.07.2026 21:10 648
Moskvada rusiyalı milyarder həbs edildi
Moskvanın Meşşanski Rayon Məhkəməsi milyarder Valeri Kustovun həbs edilməsi ilə bağlı istintaqın vəsatətini təmin edib.

Median.Az
RBK-ya istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, o, sentyabrın 29-dək həbsdə saxlanılacaq.

Kustovun nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər. Yaxın vaxtlarda "Efko"nun baş direktoru Yevgeni Lyaşenko barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə də baxılması gözlənilir.

Yağ-piy sənayesi sahəsində fəaliyyət göstərən "Efko" Şirkətlər Qrupunun Direktorlar Şurasının sədri və əsas səhmdarı Valeri Kustov xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinərək (Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) Moskvada saxlanılıb.

İstintaqın gedişi ilə tanış olan iki mənbənin RBK-ya verdiyi məlumata görə, "Efko"nun baş direktoru Yevgeni Lyaşenko da onunla birlikdə saxlanılıb.

Kustov "Forbes" jurnalının 2026-cı il üçün hazırladığı Rusiya milyarderləri reytinqində 144-cü yerdə qərarlaşıb. Nəşr onun sərvətini 1,1 milyard dollar dəyərində qiymətləndirib.

Bundan əvvəl həmin cinayət işi çərçivəsində "Efko" Şirkətlər Qrupunun inkişaf üzrə direktor müavini Yekaterina Kustova və qrupun idarəedici şirkətinin strateji inkişaf üzrə direktoru Vladislav Romantsev də saxlanılıblar. Onlar xüsusilə külli miqdarda dələduzluqda ittiham olunurlar. İyulun 29-da Moskvanın Meşşanski Rayon Məhkəməsi onların barəsində həbs qətimkan tədbiri seçib.

Hüquq-mühafizə orqanlarının irəli sürdüyü iddialar "Gələcəyin nəqliyyatı" pilotsuz aviasiya sistemlərinin yaradılması layihəsinin həyata keçirilməsi ilə bağlıdır. Həmin istintaq çərçivəsində daha əvvəl "Gələcəyin nəqliyyatı" şirkətinin baş direktoru və Samara vilayəti qubernatorunun keçmiş müşaviri Yuri Kozarenko həbs edilib. Bundan başqa, Rusiya Sənaye və Ticarət Nazirliyinin Pilotsuz Sistemlər və Robototexnika İdarəsinin rəis müavini Alla Polovçenya da saxlanılıb.

Son xəbərlər