Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Daha bir ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı

27.07.2026 15:42 351
Daha bir ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı
Çad hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutundan çıxmaq barədə qərar qəbul etdiyini açıqlayıb.

Qayanrifno xəbər verir ki, rəsmi Ndjamena məhkəməni Afrikaya qarşı qərəzli yanaşmada ittiham edir. Bu barədə Çad Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, 27 iyul 2026-cı il tarixində Çad hökuməti Roma Statutunun depozitari funksiyasını yerinə yetirən BMT-nin Baş katibinə təşkilatdan çıxmaq barədə suveren qərarı rəsmi şəkildə təqdim edib.

Nazirlik bildirir ki, qərar Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətinin təhlilindən sonra qəbul edilib. Çad hakimiyyəti məhkəmənin fəaliyyətini səmərəsiz hesab edir və onun Afrika ölkələrinə qarşı qərəzli münasibət sərgilədiyini iddia edir.

Rəsmi açıqlamada vurğulanır ki, BCM-in apardığı araşdırmaların böyük əksəriyyəti Afrika ölkələri ilə bağlıdır və bu, məhkəmənin fəaliyyətinin siyasiləşdiyini göstərir.

Beynəlxalq Cinayət Məhkəməsi ağır beynəlxalq cinayətlərlə bağlı işlərə baxan beynəlxalq məhkəmə orqanıdır. Qurum soyqırımı, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər və təcavüz cinayəti kimi əməllərə görə məsul şəxslərin mühakimə olunmasını və zərərçəkənlər üçün ədalətin təmin edilməsini hədəfləyir.

Son xəbərlər