Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi

21.11.2024 18:53 1 245
BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi
Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantı Qəzzada mümkün hərbi cinayətlər törətməkdə ittiham edərək həbslərinə order verib.

Median.Az
-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin yaydığı press-relizdə bildirilib.

Sənəddə qeyd edildiyinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin Məhkəməyə qədər Palatası yekdilliklə Roma Nizamnaməsinə uyğun olaraq, İsrailin etirazlarını rədd edən iki qərar qəbul edib.

"Netanyahu və Qalantın Fələstin ərazisində törədilmiş mümkün hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbsinə order verilib", - deyə press-relizdə bildirilib.

Bundan əlavə, HƏMAS-ın hərbi qanadının komandiri Məhəmməd Deyfin də həbsinə order verilib.

Lakin İsrail ordusu hələ avqust ayında məlumat vermişdi ki, Deyf iyulun 13-də İsrailin Qəzza zolağının Xan-Yunis şəhərinə endirdiyi zərbə nəticəsində məhv edilib.

Son xəbərlər