Mojo.az Banner
21:55 Park salınan ərazidə qədim dövrə aid əşyalar tapıldı  |     21:46 "Google" 1 milyard dollara yaxın cərimə edildi  |     21:41 Pandemiya kimi hazırlaşın - ÜST-dən xəbərdarlıq  |     21:34 "Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi  |     21:29 “Brent” yenidən bahalaşdı  |     21:21 İkinci kurs tələbəsi dünyasını dəyişdi  |     21:16 Daha bir Türkiyə gəmisi vuruldu - Ölən və yaralılar var  |     21:09 Bu ölkədə vəba xəstəliyi yayılır - Ölənlərin sayı isə...  |     21:02 Dənizdə batan yeniyetmənin meyiti tapıldı  |     21:00 Xankəndidə kafe yanıb - Xəsarət alanlar var  |     20:45 Bu ərazilərdə qaz olmayacaq  |     20:40 Türkiyədə "Ahbap" dərnəyinə qarşı istintaq çərçivəsində məşhurlar ifadə verməyə çağırıldılar  |     20:31 "Qarabağ" - "MOİK Sofiya" oyunu başladı - CANLI  |     20:18 Psixoloq əvəzinə ChatGPT: Niyə təhlükəlidir və nəyə səbəb ola bilər?  |     20:05 Bakıda tələbə oğlanın meyiti tapıldı  |     19:58 Cəbrayılın üç kəndində yanğınlar başlayıb  |     19:49 Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama  |     19:33 Putinin köməkçisi Azərbaycana gəlib - FOTO  |     19:27 Qətlə cəhd, sərhəd pozuntusu, narkotacirlik: Ağır ittihamlarla məhkəməyə göndərildilər  |     19:14 İş yoldaşının kartından 6000 manata yaxın pul çıxardı - Qeyri-adi dələduzluq  |    
Left Banner
Right Banner

Türkiyədə "Ahbap" dərnəyinə qarşı istintaq çərçivəsində məşhurlar ifadə verməyə çağırıldılar

23.07.2026 20:40 111
Türkiyədə
Türkiyədə İstanbul Prokurorluğunun musiqiçi Haluk Leventə məxsus "Ahbap" dərnəyinə qarşı apardığı istintaq çərçivəsində jurnalistlər Ece Üner və Fatih Portakal, vəkil Feyza Altun, müğənni Gökhan Özoğuz və aparıcı Öykü Serter ifadə verməyə çağırılıblar.

Median.Az
bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.

Ədliyyə binasına gedən məşhurların verdiyi ifadələr bəlli olub. Onlar ifadələrində "Ahbap" dərnəyi ilə hər hansı maliyyə və ya kommersiya əlaqələrinin olmadığını bildiriblər.

İstintaq çərçivəsində daha altı tanınmış şəxs - jurnalistlər Fatih Altaylı, Ruşen Çakır və Özlem Gürses, komediya ustası Şahan Gökbakar, aktrisa Hazal Kaya və yutuber Fatih Koparan da ifadə vermələri üçün çağırılıblar.

Qeyd edək ki, sözügedən istintaq çərçivəsində daha əvvəl "Ahbap" dərnəyinin təsisçisi, musiqiçi Haluk Levent və "Babala TV"nin yaradıcısı Oğuzhan Uğur həbs olunmuşdular.

Xatırladaq ki, Haluk Leventin dərnəyin adından və ianə vədlərindən istifadə edərək, zərərçəkmişlərdən daşınmaz əmlak əldə etdiyi, lakin köməkçisi Yeliz Kayaya ötürülən bu əmlakların sonradan müxtəlif şübhəlilərin adına qeydiyyata alındığı iddia edilir. Nəticədə bu çərçivədə 60 milyon dollar zərər dəydiyi iddiası irəli sürülür.скачать dle 11.3
Mojo.az Banner