Mojo.az Banner
22:07 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     21:23 ABŞ Futbol Federasiyası FIFA-nın idarəetmə strukturunda dəyişikliklərə çağırdı  |     21:13 Bəzi məhsullar bahalaşacaq – SİYAHI  |     20:45 Ukrayna Rusiyada neft-kimya kompleksinə zərbə endirdi  |     20:10 "Qəbələ" braziliyalı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb  |     19:56 Pezeşkian: "Süni intellektə əsaslanan ABŞ İrandakı vəziyyətlə bağlı yanıldı"  |     19:28 Bu gün / 19:12 54 Şahbuzda VAZ aşdı: 76 yaşlı qadın həyatını itirdi  |     19:25 DTX: "Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır"  |     18:23 Bakıda tanışlarını bıçaqlayan şəxsə prokuror ağır cəza istəyib  |     18:15 I ixtisas qrupunda "pulsuz" yerlərin sayı bəlli oldu  |     18:03 KMBİ: Qanunsuz dövriyyəsi 10 milyon manat olan onlayn mərc şəbəkəsi ifşa edildi - Video  |     17:53 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:36 Səhər oyanan kimi telefona baxanların nəzərinə  |     17:29 DİQQƏT! - Bakıda 9 marşrutun hərəkət sxemi dəyişdirildi  |     17:26 PSJ Ferran Torresi almaq istəyir  |     17:18 Məktəbə bir ay qalmış valideynlər nə etməlidir? – Ekspert məsləhətləri  |     17:11 İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı: Bir nəfər axtarışa verildi - FOTO  |     17:01 "AYB-nin poliklinikası sovet dövründən qalıb" — SORĞU  |     16:41 Yasamalda açıq sahə yanır  |     16:40 FIFA-da qiyam: Üç böyük konfederasiya Canni İnfantinoya qarşı birləşdi  |    
Left Banner
Right Banner

Türkiyədə narkotik əməliyyatlarında saxlanılan məşhurlarla bağlı YENİ QƏRAR

22.05.2026 13:08 552
Türkiyədə narkotik əməliyyatlarında saxlanılan məşhurlarla bağlı YENİ QƏRAR
Türkiyədə narkotik istintaqı çərçivəsində əməliyyat zamanı saxlanılmış məşhurların bir çoxunun barəsində qərar verilib.

Bu barədə Median.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, aralarında aktyorlar, müğənnilər, repçilər, sosial media fenomenləri və musiqiçilərin də olduğu çoxsaylı şübhəlilərdən 10 nəfəri sərbəst buraxılıb.

Sağlamlıq müayinəsindən sonra məhkəməyə göndərilənlər arasında aktrisa Aslıhan Turanlı, müğənni Berkay Şahin, Volkan Bahçekapılı, sosial media fenomeni Kübra İmren, Aycan Yağcı, Tuğçe Postoğlu, Eda Dora, Cansu Tekin, Yaşar Özdaş və repçi Hakan Aydın da olub.

Rep dünyasında "Blok3" kimi tanınan Hakan Aydın ifadə verib.

Məhkəmə qarşısına çıxarılan şübhəlilər - Aslıhan Turanlı, Berkay Şahin, Volkan Bahçekapılı, Kübra İmren, Aycan Yağcı, Tuğçe Postoğlu, Eda Dora, Cansu Tekin, Yaşar Özdaş və Hakan Aydının barəsində ölkə xaricinə çıxışları qadağan olunmaqla nəzarət altında saxlanılmaq qərarı verilib və onlar sərbəst buraxılıblar. Həmçinin Hakan Aydına həftədə iki dəfə müvafiq icra orqanına gələrək imza atması öhdəliyi qoyulub.

İstintaq çərçivəsində saxlanılan Mehmet Rahşan isə həbs edilərək həbsxanaya göndərilib. Səlahiyyətlilər istintaqın çoxşaxəli şəkildə davam etdiyini və yeni saxlanılanların olacağını bildiriblər.

Xatırladaq ki, ötən gün Türkiyədə məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib və 25 nəfər saxlanılıb. Onların arasında "Mabel Matiz" kimi tanınan məşhur türkiyəli müğənni Fatih Karaca, aktrisalar Serenay Sarıkaya və Feyza Civelek də var.скачать dle 11.3
Mojo.az Banner