Mojo.az Banner
23:02 2026-cı ilin ən fəal startap investorlarının reytinqi açıqlandı  |     22:55 Çin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı  |     22:46 Azərbaycanda yeni muzey kompleksinin tikintisi planlaşdırılır  |     22:40 "AliExpress" 629 milyon dollar cərimələndi  |     22:32 Azərbaycanda 8 sahədə orta aylıq iş saatı azalıb - SİYAHI  |     22:25 İşıqforda dayanıb telefonla danışarkən cərimə yazıla bilərmi?  |     22:20 Bu avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyənləşdi  |     22:13 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ!  |     22:07 İranda valyuta böhran: 1 manat 1 milyona yaxındır  |     21:59 Baş Prokurorluq məlumat yaydı  |     21:53 Yüksək vəzifə verilən Seymur Nəcəfov kimdir? - DOSYE  |     21:45 Ən şanslı olacaq 3 bürc  |     21:40 Ağıllı saatla dənizdə üzmək olarmı?  |     21:31 İyulun 22-si ilə bağlı VACİB XƏBƏRDARLIQ  |     21:18 Küveyt İran səfirinə etiraz notası verdi  |     21:07 Türkiyədə tanınmış sosial media fenomeni haqqında saxlanılma qərarı verildi  |     21:02 Bu küçədə təmir aparılacaq - Hərəkət məhdudlaşdırılacaq  |     20:59 Ermənistan güləşçiləri Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcəklər  |     20:56 Sakinləri narahat edən "Limon turşusu" adlı səhifənin iştirakçıları həbs olundu  |     20:52 Azərbaycanda baş verən qida zəhərlənmələri araşdırıldı: Bakteriyalar aşkar olundu - FOTO  |    
Left Banner
Right Banner

Futbol üzrə dünya çempionatı Meksikaya üç milyon xarici turist cəlb edib

21.07.2026 12:58 144
Futbol üzrə dünya çempionatı Meksikaya üç milyon xarici turist cəlb edib
2026-cı il futbol üzrə dünya çempionatı zamanı Meksikanı təxminən 3 milyon xarici turist ziyarət edib.

Bu barədə "Bloomberg" Meksikanın Turizm Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, Meksika dünya çempionatının ümumilikdə 104 oyunundan 13-nə ev sahibliyi edib. İyunun 8-dən iyulun 12-dək Mexiko, Qvadalaxara və Monterrey şəhərlərinə ümumilikdə 7.5 milyon səfər qeydə alınıb. Bu səfərlərin təxminən 40 faizini xarici turistlər, qalan hissəsini isə ölkədaxili turistlər təşkil edib.

Qeyd olunub ki, bu göstəricilər dünya çempionatı başlamazdan əvvəl verilən proqnozları üstələyib. Belə ki, əvvəlcədən ölkəyə ümumilikdə təxminən 5.5 milyon turistin gələcəyi gözlənilirdi.

Meksika hökumətinin hesablamalarına əsasən, turistlər ölkədə ümumilikdə 39.7 milyard peso (təxminən 2.1 milyard ABŞ dolları) xərcləyiblər.

Turizm Nazirliyinin məlumatına görə, təxminən 3 milyon ziyarətçi ölkədə ən azı bir gecə hoteldə və ya qısamüddətli kirayə obyektlərində qalıb. Daha 4.5 milyon nəfər isə gecələmədən Meksikaya səfər edib.

Dünya çempionatına ev sahibliyi edən Mexiko, Qvadalaxara və Monterrey şəhərlərində hotellərin orta doluluq səviyyəsi 65 faiz təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 12 faiz çoxdur.

Bundan başqa, matç günlərində hotellərin doluluq səviyyəsi 85-95 faizə çatıb, otaqların orta qiyməti isə 51.5 faiz artıb.скачать dle 11.3
Mojo.az Banner