Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Turistlər Azərbaycana ən çox nə üçün gəlir?

30.06.2026 22:35 384
Turistlər Azərbaycana ən çox nə üçün gəlir?
2025-ci ildə həm Azərbaycana gələn xarici turistlərin, həm də xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayında azalma qeydə alınıb. Bununla belə, turizm sahəsində xərclər milyardlarla manatla ölçülməyə davam edib.

Bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda turizm" nəşrində məlumat verilib.

Statistikaya əsasən, ötən il Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 2 milyon 570,2 min nəfər təşkil edib. Bu, 2024-cü illə müqayisədə 46,5 min nəfər azdır. Ölkəyə gələnlərin 1 milyon 804,8 min nəfəri turizm məqsədilə səfər edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 1 milyon 855,1 min nəfər idi.

Turizm məqsədilə Azərbaycana gələnlərin böyük hissəsini istirahət və əyləncə məqsədilə səfər edənlər təşkil edib. Belə ki, 1 milyon 111,1 min nəfər bu məqsədlə ölkəyə gəlib. Bundan başqa, 396,9 min nəfər işgüzar, 20,1 min nəfər müalicə, 2 min nəfər dini ziyarət, 233,5 min nəfər qohum və dostlarını ziyarət etmək, 41,2 min nəfər isə digər turizm məqsədləri ilə Azərbaycana səfər edib.

Hesabatda Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərləri ilə bağlı göstəricilər də yer alıb. Məlumata görə, 2025-ci ildə xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 2 milyon 109,9 min nəfər olub. Bu göstərici 2024-cü ildə 2 milyon 158,9 min nəfər təşkil etmişdi. Xaricə səfər edənlərin 1 milyon 280,8 min nəfəri turizm məqsədilə ölkədən çıxıb. Bir il əvvəl bu rəqəm 1 milyon 365,6 min nəfər idi.

Turizm məqsədilə xaricə gedən Azərbaycan vətəndaşlarının 574,9 min nəfəri istirahət və əyləncə, 277,6 min nəfəri işgüzar, 42,6 min nəfəri müalicə, 28,7 min nəfəri dini ziyarət, 308 min nəfəri qohum və dostlarını ziyarət etmək, 49 min nəfəri isə digər məqsədlərlə səfər edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycana gələn turistlərin ölkədə turizm məqsədilə çəkdikləri xərclərin həcmi 3 milyard 258,1 milyon manat olub. Bu göstərici 2024-cü ildə qeydə alınan 3 milyard 403,5 milyon manatdan aşağıdır.

Eyni zamanda, Azərbaycan vətəndaşlarının xarici ölkələrə turizm məqsədilə etdikləri səfərlər zamanı çəkdikləri xərclər də azalıb. Belə ki, ötən il bu məqsədlə 2 milyard 33,6 milyon manat xərclənib. Halbuki 2024-cü ildə bu göstərici 2 milyard 219 milyon manat təşkil etmişdi.//Modern.azскачать dle 11.3
Mojo.az Banner