Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Moody’s" SOCAR-ın reytinqini açıqladı

18.07.2026 21:32 390
"Moody's Ratings" Beynəlxalq reytinq agentliyi Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-ın reytinqlərini, o cümlədən uzunmüddətli emitent reytinqini sabit proqnozla Baa3 səviyyəsində təsdiqləyib.

Sfera.az xəbər verir ki, məlumatda "SOCAR-ın reytinqi şirkətin ba2 səviyyəsində baza kredit qiymətləndirməsini, Azərbaycan hökumətinin Baa3 reytinqini, SOCAR ilə dövlət arasında çox yüksək asılılığın olmasını, həmçinin maliyyə çətinlikləri yaranacağı təqdirdə dövlət dəstəyinin göstərilməsi ehtimalının yüksək olmasını əks etdirir", – deyə bildirilir.

Agentliyin qiymətləndirməsinə görə, SOCAR-ın baza kredit qiymətləndirməsi şirkətin Azərbaycanın neft-qaz sektorunda mühüm rolunu və milli iqtisadiyyat üçün strateji əhəmiyyətini, sabit maliyyə nəticələrini, güclü kredit göstəricilərini, eləcə də əhəmiyyətli maliyyə ehtiyatlarına malik və zərurət yarandıqda şirkətə maliyyə dəstəyi göstərə bilən hökumətlə sıx əlaqələrini əks etdirir.

Bununla yanaşı, agentlik şirkətin kredit profilini məhdudlaşdıran bir sıra amillərə də diqqət çəkib.

"SOCAR-ın reytinqi, həmçinin karbohidrogen hasilatının həcminin azalmasını, birləşmə və satınalmalar sahəsində artan fəallığı, korporativ idarəetmənin xüsusiyyətlərini, neft qiymətlərindəki dəyişkənliyə məruz qalmanı və şirkətin biznes fəaliyyətinin əsasən Azərbaycanda təmərküzləşməsini nəzərə alır", – deyə agentliyin hesabatında qeyd olunub.

Reytinq üzrə sabit proqnoz "Moody's"in SOCAR ilə dövlət arasında möhkəm əlaqələrin qorunub saxlanacağına, həmçinin şirkətin orta müddətli perspektivdə dayanıqlı maliyyə göstəricilərini təmin etmək qabiliyyətinə dair gözləntilərini əks etdirir.

Qeyd edək ki, SOCAR neft və qaz yataqlarının kəşfiyyatı, neft, qaz və qaz kondensatının hasilatı, emalı və nəqli, neftin və neft-kimya məhsullarının daxili və beynəlxalq bazarlarda satışı, Azərbaycanda sənaye müəssisələrinin və əhalinin, eləcə də Avropanın təbii qazla təchizatı ilə məşğuldur.

Son xəbərlər