“Azərbaycan ədəbiyyatının əsas düşməni yaltaqlıqdır” — Anar Oğuzla müsahibə
Anar Oğuz son vaxtlar Azərbaycan ədəbi mühitində daha çox sərt və polemik ədəbi tənqidləri ilə diqqət çəkən gənc müəlliflərdəndir. Onun yazılarında müəllifdən çox mətni ön plana çəkmək və güzəştsiz təhlil sezilir.
Median.Az Anar Oğuzla ədəbiyyatın bugünkü vəziyyəti, dünya tənqid məktəbləri və Azərbaycan nəsrinin gələcəyi haqqında söhbətləşdi.
—Müasir Azərbaycan romanının ən böyük problemi nədir: dil, süjet, yoxsa fəlsəfi dərinlik?
—Demək olar ki, altı-yeddi aydır yalnız Azərbaycan ədəbiyyatı oxuyuram. Süleyman Rəhimov, Fərman Kərimzadə, Məmməd Səid Ordubadi, Mirzə İbrahimov, İsi Məlikzadə, klassiklərdən tutmuş çağdaş müəlliflərə qədər, əlimə nə keçirsə, oxumağa çalışıram. Hətta serializm cərəyanına aid müəllifləri də, Nigar Səttarzadəni, Bahar Bəxtiyarqızını, Mehriban Məmmədovanı, Şükufə İbrahimlini, Əskər Səfərovu, Bəhruz Tağızadəni, Sara İbrahimi, Fəridə Zeronu, Uraqan Abdullayevi də oxuyuram.
Müasir müəlliflərimizi oxuyanda dərin təəssüf hissi keçirirəm. Ona görə dərin təəssüf hissi keçirirəm ki, müasir müəlliflərimizin əksəriyyəti Azərbaycan dilini bilmir. Yazdıqları sözlər və ifadələr Azərbaycan dilinə məxsus deyil. Yazdıqları cümlələr Azərbaycan dilinin sintaksisinə uyğun gəlmir. Müasir müəlliflərimizin əksəriyyəti türk dilinin sintaksisinə uyğun cümlələr qurur, türk dilindəki sözlərdən və ifadələrdən gen-bol istifadə edir.
Öz bloqumda 25-30 gənc müəllifin kitabı haqqında yazılar yazmışam. İki-üç gün əvvəl müasir müəlliflərimizin kitabları haqqında yazdığım yazıları qayıdıb bir də oxudum. Fikir verdim ki, 25-30 müəllifin 20-si haqqında yazımda eyni problemləri qeyd etmişəm: türk dilindən dilimizə yol tapmış qondarma sözlərdən və ifadələrdən gen-bol istifadə etmələri.
Mənim də dilim türkcə kitab oxumaqdan, filmə, seriala, verlişlərə baxmaqdan əməlli-başlı aşınmaya məruz qalmışdı. Dili bu yad ifadələrdən, sözlərdən təmizləmək olduqca əziyyətli işdir. Gərək türkcə kitab oxumağı, filmə, seriala, verlişə baxmağı dayandırasan, yerli ədəbiyyatı sistemli mütailə edəsən. Bu haqda ayrıca yazı yazmağı düşünürəm, uzun söhbət, vacib mövzudur.
Dil ən vacib məsələdir, sujet də, fəlsəfi dərinlik də oxucuya dil vasitəsi ilə ötürülür, çatdırılır. Əgər müəllif Azərbaycan dilində yazmağı bacarmırsa, ordakı sujetin də, fəlsəfi dərinliyin də mənası qalmır.
—Tənqidçinin ən böyük düşməni nədir: dostluq münasibətləri, sifarişli yazılar, yoxsa qorxu?
—Dostluq münasibətləri də, qorxu da, sifarişli yazılar da tək tənqidçi üçün yox, kiminsə kitabı, yazısı, hekayəsi haqqında fikir bildirən, yazı yazan müəlliflər üçün də kifayət qədər təhlükəli məsələlərdir.
Məsələn, Sara İbrahimin “Çəhrayı çobanyastığı” kitabına Fəridə Zero yağlı tərif yazısı yazmışdı. Kitabı alıb oxudum, gördüm ki, Fəridə Zero “Çəhrayı çobanyastığı” kitabı haqqında yazdığı tərif yazısında gözünün içinə kimi yalan danışır. Sonrada öyrəndim ki, Sara İbrahimli ilə Fəridə Zero qohum imiş.
Murad Gözəlov adlı gənc müəllif türk dilində mənasız bir hekayə yazmışdı. Kulisdə dərc olundu. İlham Əziz Murad Gözəlovun türk dilində yazdığı mənasız hekayəsi haqqında öz feysbuk səhifəsində yekə tərif yazısı yazdı. Yenə sonradan öyrəndim ki, Murad Gözəlovun dayısı İlham Əzizlə yaxın dost imiş.
Belə çox nümunə çəkmək olar. Ancaq, tənqidçilər və müəlliflər üçün dostluq münasibətlərindən də, qorxudan da daha təhlükəli məsələ varsa, o da yaltaqlıqdır. Qorxunu necəsə, hansısa yolla dəf etmək mümkündür, yaltaqlığın isə müalicəsi yoxdur. Yaltaqlıq həm də vərdişdir, çox dəhşətli bəladır.
Yaltaqlığa vərdiş etmiş adamlar yaltaqlıq etməyə ehtiyac olmayanda da özlərini cilovlaya bilməyib tez kiməsə, hansısa yolla yaltaqlıq edirlər.
Dünən Rəşad Məcidin özünə həsr etdiyi “Qala adam” kitabını oxudum. “Qala adam” kitabında Rəşad Məcidə yaltaqlıq edən müəlliflərin yerinə xeyli xəcalət çəkdim.
Fəxri Uğurlu bir az daha qabağa gedib, Rəşad Məcidin 60 illik yubileyinə “İnsaf adam” adlı yazı həsr etmişdi.
Sabir Rüstəmxanlının 80 illik yubileyində Aqşin Yenisey Sabir Rüstəmxanlı haqqında bir tərif yazısı yazmışdı, yazıdan Sabir Rüstəmxanlının adını çıxarsaq, elə bilərsən söhbət Puşkindən, Lermontovdan, Mayakovskidən gedir.
Düşünürəm ki, hazırda müasir Azərbaycan ədəbiyyatının əsas düşməni yaltaqlıqdır.
—Azərbaycan ədəbiyyatında ən çox şişirdilmiş müəlliflər kimlərdir?
—Oxucular tərəfindən şişirdilmiş yazıçıların adın çəkmək istəmirəm. Onların, yəni, Rövşən Abdullaoğlunun, Çingiz Abdullayevin, Elxan Zeynallının, Kəramət Böyükçölün ümumiyyətlə ədəbiyyata yaxından-uzaqdan dəxlisi yoxdur.
Bizim gənc müəlliflər tərəfindən şişirdilmiş yazıçılardan Şərif Ağayarın adını çəkə bilərəm. Şərif Ağayarın ədəbiyyata dəxlisi var. Şərif Ağayar hazırda gənc müəlliflərin çoxuna ustadlıq edir. Bu gənc müəlliflər tez-tez deyirlər ki, Şərif Ağayar yaxşı mənada dəlidir, nəsrdə onu danmaq günəşi danmağa bərabərdir. Şərif bəyin “Rəng mühəndisi” kitabı çıxanda demək olar ki, bizim tərif deməkdə həvəsli müəlliflərin hamısı tökülüşüb yağlı təriflər dedilər. Əsəd Qaraqaplan özünü cilovlaya bilməyib, yazdı ki, Şərif sən dəlisən, səni əlli il sonra başa düşəcəklər. Kitabı alıb oxudum, ürəyim bulandı. Məncə, belə yeniyetmə hoqqabazlıqları, qeyri-peşəkar yumorlar, serializm cərəyanının əlamətləri Şərif bəyin yaşına və yaradıcılığına yaraşmır. Şərif bəy “Rəng mühəndisi” kitabında mərhələ aşmaq həvəsində olsa da, bu kitabından da kəklikotu iyi gəlirdi.
—Bəs ən çox haqsızlıqla üzləşən yazıçılar kimlərdir? (Əsərinin dəyər görməməsi)
—Açığı, bizdə elə müəllif ağlıma gəlmir ki, onun kitabı sözün həqiqi mənasında dəyər görsün, çox oxunsun, kitabı haqqında ciddi müzakirələr getsin.
Hazırda Mahir N. Qarayevin “Sonuncu Korifey” kitabını oxuyuram. Dost-tanışın demək olar ki, hamısından soruşmuşam, bu kitabdan heç birinin xəbəri yoxdur. Heç “Sonuncu Korifey” kitabının adını da eşitməyiblər. Hələ ki, kitabı oxuyub qurtarmamışam. Amma, kitabı oxuyanda özümə bu sualı vermişdim, nə əcəb belə bir kitabı tanıdığım heç kəs oxumayıb?
Dili aşınmaya məruz qalmış müəlliflərə “Sonuncu Korifey” kitabını şiddətlə tövsiyə edirəm.
—Sizcə, yaxşı ədəbiyyat, əsər necə olmalıdır?
—Yaxşı ədəbiyyat, yaxşı əsər necə olmalıdır sualı, düşünürəm ki, mənim üçün böyük sualdır. Bu suala tutarlı cavab vermək üçün təcrübəm də, yaşım da, mütailəm də çatmır.
Bir oxucu kimi cavab verməli olsam, yaxşı ədəbiyyat iki meyara mütləq cavab verməlidir. Yaxşı ədəbiyyat birinci növbədə maraqlı, ikinci nöbədə isə inandırıcı olmalıdır. Digər şeylər sonrakı məsələlərdir.
Müəllif ağlındakı mövzunu yazmağa başlayanda özünə bu sualı verməli və bütün səmimiyyəti ilə cavab verməlidir, bu yazdığım şey kimin üçünsə maraqlıdırmı?
Əgər maraqlı deyilsə, müəllif düşünməlidir:
“Əgər yazdığım şey heç kimə maraqlı deyilsə, özümə və oxuculara niyə zülüm verirəm?
Yox əgər müəllif yazmaq istədiyi mövzunun həqiqətən maraqlı olduğunu düşünürsə, yazmalı, mövzunun inandırıcı olması üçün çalışmalıdır.
Məsələn, Təvəkkül Boysunarın “Sonuncu Aşiqlik” kitabı, Bəhruz Tağızadənin “Cincilim” kitabı bir az maraqlı idi, amma inandıcı deyildi.
Şamxal Həsənovun “Altı ay, altı gün, altı saat” kitabı, Nadir Yalçının “Lal ev” kitabı, Şərif Ağayarın “Rəng mühəndisi” kitabı, Naiq Babayevin “Atmosferə uyğun mahnı qoy” kitabı nə maraqlı idi, nə də inandırıcı.
Vüqar Vanın “Hardasa olardı 13-14 yaşım” kitabı isə həm maraqlı idi, həm də inandırıcı.
—Bizim tənqidçilərimizdən kimləri oxuyursunuz? Və bəyəndiyiniz varmı?
—Bizim tənqidçilərdən heç kimi oxumuram.
—Harold Blumun “Qərb kanonu” siyahısına hansı azərbaycanlı yazıçını əlavə edərdiniz?
—Açığı, mənim ağlıma Azərbaycan ədəbiyyatından elə bir müəllif gəlmir ki, onu tərəddüdsüz “Qərb kanonu” siyahısına salım. Bu, bəlkə də sərt səslənir, amma emosiya ilə cavab vermək sadəlövhlük olardı.
Bizdə çox bəyəndiyim, maraqla oxuduğum yazıçılar var, amma hələlik Şekspir, Dostoyevski, Marsel Prust, Folkner kimi müəlliflərlə eyni müstəviyə qoyacağım, dünya insanına yeni bir ədəbi təcrübə verən böyük fiqur düşünürəm ki, yoxdur.
Burda problem tək yazıçıda deyil. Problem ənənənin zəif olmasındadır. Amma yazıçıların özündən də asılı olan problemlər var. İki-üç adamı çıxsaq bizim yazıçılar avaradır, məsuliyyətsizdir, infantildir, aqrardır.
Qərb kanonuna düşmək üçün sadəcə yaxşı yazmaq kifayət etmir, ədəbiyyat tarixində iz qoymaq lazımdır. Qərb kanonuna düşmək üçün müəllif həm də zamana qarşı dözümlü olmalıdır. Buna görə indi bu suala cavab vermək mənim üçün çətindir.
—Roland Barthes, T.S. Eliot və Harold Blum arasında hansı yanaşma sizə daha yaxındır?
—Roland Bartın yanaşması daha yaxındır. Süni emosiyadan, artıq sifətlərdən və oxucunu manipulyasiya edən “böyük sözlərdən” zəhləm gedir.
Oxuduğum kitabın mənasını müəllifin kimliyi, onun bioqrafiyası, psixoloji zədələri və ya niyyəti müəyyən etməməlidir. Mətnin mənası oxucunun təfəkkür qabiliyyətindən asılı olmalıdır. Başqa cürə desək, mətnin mənası oxucunun təfəkkür qabiliyyətinə görə yozula bilməlidir.
—Sizcə, Azərbaycan ədəbiyyatının əsas problemi istedad çatışmazlığıdır, yoxsa intellektual mühitin zəifliyi?
—Bizdə istedad sözü səhv başa düşülür. İstedad sözü hazırlıq, meyillilik, bir işi görməyə uyğun olmaq mənalarını verir. Bizdə bu sözün mənası zaman keçdikcə daralıb, hazırda “xüsusi bacarıq”, “təbii verilmiş üstünlük” mənalarında işlənir.
Məsələn, aparıb iki uşağı musiqi məktəbinə yazdırırsan. Bir uşağın qulağı, eşitmə qabiliyyəti daha həssasdır, notu, melodiyanı daha tez tutur. Bu, onun musiqi istedadıdır. Amma bu istedadlı uşaq illərlə məşq etməsə, öz üzərində işləməsə sadəcə həmin qabiliyyətlə, həmin imkanla heç nəyə nail ola bilməz.
Yəni istedad bir növ toxumdur, torpağa düşməsə, su almasa, təkcə toxum olmaqla ağaca çevrilməyəcək.
Bizdə istedad çatışmazlığından əziyyət çəkən xeyli müəllif var, bu öz yerində.
İstedadlı müəlliflərin çoxu da bu “istedad” sözünü “xüsusi qabiliyyət”, “təbii verilmiş üstünlük” mənalarında başa düşür, elə bilir ki, o istedadlıdırsa, heç nə eləməsə də, öz üzərində işləməsə də, onun yazdığı mənasız şeylərə ədəbiyyat nə vaxsa lazımi qiyməti verəcək. Bu istedadına güvənən, arxalanan müəlliflər elə bilir ki, onlar çox yaxşı yazırlar biz onları başa düşmürük.
Azərbaycan ədəbiyyatının əsas problemi müəllifərin istedadına xəyanət eməsi, aqrarlıqdan, əyalət sindromundan yaxa qurtara bilməmələridir.
—Bizim ədəbi mühitə baxanda “kişilər klubu” görürük. Daha çox öndə olan və bir-birilərinə tərif yağdıran bir mühit. Qadın yazıçılarımız barədə nə düşünürsünüz?
—Qadın yazıçılarımızdan Nərmin Kamalı maraqla oxuyuram. Digər qadın yazıçılarımıza baxanda Nərmin Kamal xeyli qabaqdadır.
Düşünürəm, qadın yazıçılarımızın əsas problemi odur ki, özlərini yaza bilmirlər, utanırlar, çəkinirlər, gedib mənasız-mənasız şeylər yazırlar. Azərbaycan kimi ölkədə qadın yazıçılar üçün xeyli mövzu, ədəbi xammal var. Ancaq bizim qadın yazıçılar bu xeyli mövzunu, ədəbi xammalı qırağa qoyub, kişi problemlərindən, maraqsız süni kədərlərindən yazırlar.
Qadın yazıçının mətnin oxuyanda hiss etməlisən ki, bunu bir qadın yazıb, fikirləşməlisən ki, bunu ancaq bir qadın yaza bilərdi.
Yaxşı mətn yazmaq üçün müəllif heç bir riya, pafos və ya ədəbi maska olmadan həqiqəti olduğu kimi ortaya qoymağı, öz zəifliyini, eyiblərini, qorxularını və ağrılarını oxucu qarşısına çıxarmağı bacarmalıdır. Başqa cürə desək, müəllif oxucu qarşısında soyunmağa utanmamalıdır. Bizim qadın müəlliflər isə yazı masasına oturanda altdan-üstən geyinirlər.
Yazı-pozuyla məşğul olan bir qız dostum var, keçən ay oturub söhbət edirdik. Deyirdi, xaricə çıxmaq istəyir, ölkədə ürəyi partlayır, bir qız kimi bu ölkədə yaşamaq onun üçün çox çətindi. Ailəsindən, sevgililərindən, universitetdəki xatirələrindən xeyli maraqlı söhbətlər danışdı. Keçən həftə bu qız dostum mənə yazdığı hekayəni göndərib, hekayədə bir cavan oğlan həbsdən qaçmaq üçün planlar cızır, məşqlər edir, sonra bu cavan oğlanla həbsxanada işləyən tibb bacısının münasibətləri yaranır, xülasə, başdan ayağa cəfəngiyyat, mənasız-mənasız söhbətlər.
Mənimlə oturanda danışdığı o qədər maraqlı söhbəti, mövzunu, ədəbi xammalı bir qırağa tullayıb, gedib hollivud serialı yazıb.
—Roland Barthes “Müəllifin ölümü” nəzəriyyəsini irəli sürmüşdü. Sizcə əsəri müəllifdən tam ayırmaq mümkündürmü?
—Mətni müəllifdən tam ayırmaq əslində mümkün deyil, amma mətni yalnız müəlliflə izah etmək də doğru deyil. Müəllif mətni yazır, sonra isə yazdığı mətn müstəqillik qazanır. Yaxşı əsər müəllifin niyyətindən daha böyük olur. Oxucular həmin mətndən heç müəllifin ağlına gəlməyən mənaları çıxara bilərlər, bu təbiidir.
Xüsusilə avtofiksiyanın son vaxtlar populyarlaşmasından sonra bu nəzəriyyə əvvəlki qədər mütləq görünmür. Knausqard kimi yazıçılarda müəllifin özü, həyatı, təcrübələri kitabın əsas mövzusu, ədəbi xammalıdır. Belə mətnlərdə müəllifi tam kənara qoymaq, kitabın mühüm qatını görməmək deməkdir. Bu mənada müəllifi mətndən tam ayırmaq çətin məsələdir, açığı buna gərək də yoxdur.
—Azərbaycan ədəbiyyatında toxunulmaz hesab edilən müəlliflər varmı?
—Ədəbiyyatda toxunulmaz müəllif olmamalıdır. Hər böyük yazıçının güclü əsərləri də var, zəif əsərləri də, bu çox təbii haldır.
Məncə, yazıçıya göstərilən ən böyük hörmət onu tənqiddən azad etmək, toxunulmaz saymaq deyil, əsərini ciddi müzakirə mövzusuna çevirməkdir. Məsələn klassiklər toxunulmaz olduğu üçün yox, sərt tənqidə və zamana qarşı dözümlü olduqları üçün klassikdir.
Bu, toxunulmaz müəllif söhbətləri artıq yığışdırılmalıdır. Toxunulmaz müəllif yoxdur, varsa, yəqin hələ yazmağa başlamayıb.
—Gənc yazıçılar daha çox nəyi təqlid edirlər. Qərb ədəbiyyatını, yoxsa bir-birini? Məsələn, bəzi gənc yazarların mətnlərində Şərif Ağayarın təsirini görmək olur. Sanki onu təqlid edirlər. Belə təqlidlər bir müddət sonra öz xəttini tapa bilir, yoxsa həmişə imitasiya dənizində boğulacaqlar? İmitasiyadan necə qurtula bilərlər?
—Təqlid yaradıcılığın təbii mərhələsidir. Dünyada elə bir ciddi yazıçı tapmaq çətindir ki, ilk mətnlərində sevdiyi müəlliflərin təsiri hiss olunmasın. Problem təqlid etməkdə yox, orada ilişib qalmaqdadır.
Təqliddən canını qurtarmaq, obrazlı desək, atanı öldürmək yəqin ki, aşılması çox çətin mərhələdir. Mənim özüm də bu mərhələni aşdığımı düşünmürəm.
Biz indi öz səsini tapmaq üçün həyata atılmalı, daha çox təcrübə qazanmalı, yaxşı sistemli mütaliə etməli, tez-tez görmədiyimiz, getmədiyimiz yerlərə getməli, müşahidə etməli, ciddi hisslər keçirməliyik. Aşılası mərhələ çox, gediləsi yol uzundur. Atədən bizlər bu yolu kəsdirmədən getməyi, asan yoldan uğura çatmağı istəyirik. Halbuki, hər yaşın özünə uyğun tələbləri, yerinə yetirməli olduğumuz öhdəlikləri var. Baxırsan bizdə gənc müəlliflərin çoxu iki-üç kitab oxuyan kimi böyük əsərlər yazmaq, böyük fikirlər səsləndirmək iddiasına düşürlər. Belə müəlliflər təqliddən və uğursuzluqdan heç vaxt yaxa qurtara bilməyəcəklər.
—Sonda yazıçı və tənqidçilərə ürək sözləriniz nə olardı?
— Gənclərə deyə bilərəm ki, kostyum geyinmək, ustad ədalarına bürünmək, dahilik iddiasına düşmək, süni şəkildə yaşından qoca görünmək, səhər-axşam tüstülü kobinetlərdə araq içmək sizdən yazıçı, şair düzəltməyəcək, gülməli görünürsünüz.
Söhbətləşdi:
Dəniz Pənahova