Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Slovakiya prezidenti: "Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iki Avropa ölkəsi "ağıllı kənd"in qurulmasında iştirak edir"

17.07.2026 15:30 690
Slovakiya prezidenti:
"Slovakiya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "ağıllı kənd" tikintisində iştirak edən cəmi iki Avropa ölkəsindən biridir (Macarıstanla yanaşı - red.)".

Bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada, "AnewZ" telekanalı üçün Bakıda doğulmuş tanınmış jurnalist Mixail Qusmana verdiyi eksklüziv müsahibəsində Azərbaycana səfəri ilə bağlı təəssüratını bölüşərkən deyib.

O, 1919-cu ildə təyyarə qəzasında faciəli şəkildə həlak olan görkəmli slovak alimi, pilot, diplomat və Çexoslovakiyanın qurucularından biri olan general Milan Rastislav Ştefanikin şərəfinə adlandırılacaq yeni məktəbdə idman zalının tikintisinin başlanmasını qeyd edib: "Biz bunun bir hissəsi olmaqdan qürur duyuruq."

O, bütün Slovakiya nümayəndə heyətinin Şuşa və ətraf ərazilərə qoyulan nəhəng infrastruktur investisiyalarından təsirləndiyini etiraf edib.

Xatırladaq ki, 14 iyulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Ağdam rayonunun Baş Qarvənd kəndində 840 şagird yerlik Milan Rastislav Ştefanik adına orta məktəbin təməl daşını qoyublar.

Son xəbərlər