Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Kubokunun növbəti final oyununun tarixi AÇIQLANDI

17.07.2026 15:49 387
Azərbaycan Kubokunun növbəti final oyununun tarixi AÇIQLANDI
2026/2027 mövsümündə futbol üzrə Azərbaycan Kubokunun final oyununun keçiriləcəyi vaxt bəlli olub.

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimində məlumat verib.

O, həlledici matçın 2027-ci il mayın 12-də baş tutacağını qeyd edib.

Xatırladaq ki, Premyer Liqanın 2026/2027 mövsümünə avqustun 14-də start veriləcək. Ötən mövsüm "Sabah" çempionatın qalibi olub.

Son xəbərlər