Mojo.az Banner
13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bazarlarda bütün açıq məhsullar etiketlənəcək – FOTO

17.07.2026 12:26 471
Bazarlarda bütün açıq məhsullar etiketlənəcək – FOTO
Bazarlarda etiketsiz satılan bütün məhsullar etiketlənəcək.

Median.Az
xəbər verir ki, bunu AQTA-nın sədr müavini Əli Nəbiyev Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 6 ayın yekunlarına həsr olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, proses əvvəlcə Bakı şəhərindən başlayıb, tədricən region bazarlarını dama əhatə edəcək:

"Dövlət hesabına, AQTA tərəfindən bazarlarda əvvəllər etiketsiz satılan bütün məhsulların etiketlənməsi həyata keçirilir. Artıq Təzə bazarda etiketləmə başlayıb. Yaxın zamanda digər bazarları da əhatə edəcək".

Həmçinin mətbuat konfransında bildirilib ki, fəaliyyət göstərən 79 ərzaq bazarından 19-da planlı yoxlamalar aparılıb. İndiyədək 17 bazarda sağlamlaşdırma işləri görülüb, 30-da nöqsanlar qismən aradan qaldırılıb. İlin sonunadək bütün bazarlara tələblərə tam uyğunlaşmaq üçün vaxt verilib.

AQTA-nın sədr müavini Əli Nəbiyev küçə ticarətinə qarşı ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırıb. Əlavə olaraq vurğulayıb ki, ailə təsərrüfatlarında hazırlanan qidalara effektiv nəzarətin təşkili və bazarlarda satışın qanunvericiliyə uyğun təşkil edilməsi üçün xüsusi qablaşdırma materialları və etiketlərin formaları hazırlanaraq bazarlara təqdim edilib. (Trend.az)
скачать dle 11.3
Mojo.az Banner