Mojo.az Banner
12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət Agentliyindən dənizçilərə ÇAĞIRIŞ

16.07.2026 19:57 294
Dövlət Agentliyindən dənizçilərə ÇAĞIRIŞ
Dövlət Dəniz və Liman Agentliyi son aylarda xarici sularda müxtəlif dövlətlərin bayraqları altında üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı yayılan xəbərlərlə əlaqədar müraciət edib.

Müraciətdə qeyd olunub ki, hazırda xüsusilə Qara və Azov dənizləri hövzəsində, eləcə də Hörmüz boğazı və Fars körfəzində təhlükəsizlik riskləri yüksək olaraq qalır. Bu səbəbdən Azərbaycan dənizçilərinə həyat və sağlamlıqlarını hər şeydən üstün tutmaları tövsiyə edilib.

Agentlik dənizçiləri müharibə zonalarına və ya aktiv hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərə razılıq verməzdən əvvəl mövcud riskləri diqqətlə qiymətləndirməyə, rəsmi qurumların təhlükəsizliklə bağlı xəbərdarlıq və təlimatlarını nəzərə almağa, həmçinin mümkün olduğu hallarda belə səfərlərdən çəkinməyə çağırıb.

Bununla yanaşı, gəmiçilik şirkətləri və aidiyyəti qurumlara dənizçilərin həyat və təhlükəsizliyini prioritet hesab etmələri, onları yüksək hərbi risk daşıyan bölgələrə göndərərkən bütün zəruri təhlükəsizlik tədbirlərini görmələri və imkan daxilində bu marşrutlardan istifadə etməmələri tövsiyə olunub:

"Dövlət Dəniz və Liman Agentliyi bütün dənizçiləri ehtiyatlı olmağa, özlərinin və ailələrinin təhlükəsizliyini nəzərə almağa, müharibə zonalarından uzaq durmağa çağırır".скачать dle 11.3
Mojo.az Banner