Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Mustafa Tayatın yarım milyondan çox borcu yarandı - Səbəb nədir?

14.07.2026 18:57 393
Mustafa Tayatın yarım milyondan çox borcu yarandı - Səbəb nədir?
Azərbaycanda tanınmış geyim mağazalarının sahibi Mustafa Tayatın rəhbərlik etdiyi şirkətin yarım milyon manatdan çox vergi borcu yaranıb.

Qaynarinfo-nun məlumatına görə, "Etay Group İç ve Dış Ticaret Limited Şirketi"nin Azərbaycan Respublikasındakı Filialının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 578 389,28 manat vergi borcu yaranıb. Vergi borcunun hansı səbəbdən yarandığı məlum deyil.

Əldə etdiyimiz məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3, mənzil 22A ünvanında qeydiyyatda olan, Mustafa Tayatın rəhbərlik etdiyi şirkət xaricə pul köçürmələri ilə bağlı Mərkəzi Bank tərəfindən dəfələrlə inzibati məsuliyyətə cəlb edilib.

Məhkəmə Mərkəzi Bankın "Etay Group İç ve Dış Ticaret Limited Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib etdiyi inzibati protokola baxaraq müvafiq qərar qəbul edib.

Məhkəmə materiallarından məlum olub ki, şirkət 2024-cü ildə 23 500 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə avans ödənişi kimi xarici ölkəyə köçürüb. Lakin ödənişin həyata keçirildiyi tarixdən etibarən iki il ərzində həmin məbləğ müqabilində mallar (xidmətlər) ölkəyə idxal edilməyib və ya köçürülmüş valyuta vəsaiti geri qaytarılmayıb.


Məhkəmənin qərarı ilə "Etay Group İç ve Dış Ticaret Limited Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və köçürülmüş məbləğin 20 faizi həcmində, yəni 4 700 ABŞ dolları məbləğində inzibati cərimə edilib. Cərimə ödəniş gününün rəsmi məzənnəsi əsasında manatla dövlət büdcəsinə ödənilməlidir.

Son xəbərlər